Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ziyafət Əsgərov: “Heç kim Azərbaycanla təhdid dilində danışa bilməz”
Ziyafət Əsgərov: “Heç kim Azərbaycanla təhdid dilində danışa bilməz” |
“Avropa Parlamentinin (AP) Azərbaycan zabiti Ramil Səfərovla bağlı məlum qərarı qəbuledilməzdir. Çünki bu qərar Avroparlament - Azərbaycan münasibətlərinin ruhuna ziddir”.
Bunu jurnalistlərlə söhbətində Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun qeyd etdiyinə görə, belə bir əsassız və ədalətsiz qərarın qəbul edilməsi iki məqamla bağlı ola bilər: “Birincisi, o ola bilər ki, bu məsələ ilə bağlı Avropa Parlamentinin üzvləri məlumatlandırılmayıblar. Halbuki, biz onlara bu məsələnin hüquqi əsasları ilə bağlı kifayət qədər məlumatlar vermişdik. İkincisi də ola bilər ki, onlar məlumatlı olsalar da həqiqəti, ədaləti görmək istəməyiblər və bu baxımdan ədalətli omayan, hüquqa əsaslanmayan belə bir qətnamə qəbul ediblər. Bu yenə də ikili standartları, qərəzli yanaşmanı göstərir. Azərbaycan Ramil Səfərov məsələsində beynəlxalq hüququn bütün normalarına əməl edib. Xüsusilə, Avropa Konvensiyasının müddəalarını əsas götürüb. Burada heç bir qanun pozuntusu ola bilməz. Kimlərsə əgər düşünürlərsə ki, bu cür qərarlarla Azərbaycanı tutduğu yoldan döndərə biləcəklər, onlar çox yanılırlar. Bu cür ikili standartlarla, qərəzli yanaşmalarla, qərarlarla Azərbaycanı tutduğu yoldan döndəmək mümkün olmayacaq. Heç kim Azərbaycanla təhdid dilində danışa və onu yolundan döndərə bilməz”. “Mən Vladimir Jirinovskini şəxsən yaxından tanıyıram. O, Rusiya Dövlət Dumasının vitse-spikeri olarkən, həm də həmin ölkənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri idi və onunla hələ o zamanlar xeyli mübahisələrimiz olurdu”. Bunu da jurnalistlərlə söhbətində Z.Əsgərov bildirib: “Bu adam - əgər ona adam demək mümkündürsə, - Azərbaycanın müstəqilliyini, suverenliyini həzm edə bilmir. Ümumiyyətlə, nəinki Azərbaycanın, heç bir müstəqil post-sovet ölkəsinin müstəqilliyini, suverenliyini həzm edə bilmir. O, Azərbaycan daxil olmaqla, bütün keçmiş post-sovet respublikalarını Rusiyanın bir əyaləti kimi görür. Bu isə adını siyasətçi, dövlət adamı qoyan biri üçün qəbuledilməzdir. Bu adam əgər siyasətçidirsə, parlamentaridirsə, o zaman siyasət meydanında, parlamentdə öz sözünü desin. Yox, əgər kloundursa, o zaman gedib sirkdə öz işi ilə məşğul olsun. Yəni, demək istəyirəm ki, Jirinovskinin Azərbaycana qarşı terror çağırışları heç cür qəbuledilməz və bağışlanılmaz bir hərəkətdir. Bu həmin adamın növbəti sayaqlamalarından başqa bir şey deyil". Geri dön |