Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Milli Kitabxanada “Bakıda ermənilərin türklərə qarşı soyqırımı – 115” kitab sərgisi
Milli Kitabxanada “Bakıda ermənilərin türklərə qarşı soyqırımı – 115” kitab sərgisi |
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Bakıda ermənilərin azərbaycan türklərinə qarşı soyqırımı – 115” adlı kitab sərgisi açılıb. Kitabxanadan bildiriblər ki, sərgidə azərbaycanlı və xarici müəlliflərin 1905-1906-cı illərdə ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələri, erməni vəhşiliklərini əks etdirən Azərbaycan, rus, ingilis, alman, fransız və digər dillərdə nəşr olunmuş kitabları, eyni zamanda, qəzet-jurnal materialları və foto-şəkillər nümayiş olunur.
Qeyd edək ki, ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törədib, deportasiyalar həyata keçiriblər. Soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə də dinc azərbaycanlılara qarşı qırğınlar törədiblər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan, Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, həmçinin İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında, Tiflis şəhərində kütləvi qırğınlar törədib, 200-dən çox yaşayış məntəqəsini viran qoyublar. DAVAM.AZ Geri dön |