Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Onlayn yolla narkotika və psixotrop maddələr satan şəxslər tutulublar
Onlayn yolla narkotika və psixotrop maddələr satan şəxslər tutulublar |
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə Murad adlı şəxsin “Whatsapp” sürətli mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan Muradov və Vüsal Məmmədzadə adlı şəxslər paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik maddələri sifariş verən şəxslər pulu onlayn ödəmə terminalları vasitəsilə Murad Rəhmanovun kart hesabına köçürəndən sonra o, narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb. Qeyd edək ki, Murad Rəhmanov narkotik vasitələrin satışından onun hesabına köçürülən pulları nağdlaşdırmaq üçün bankomatlara gedən zaman tanınmamaq üçün tibbi maska və gün eynəyindən istifadə edib. Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Murad Rəhmanovun narkokuryerləri olan Rəmzan Muradov və Vüsal Məmmədzadə də saxlanılaraq istintaqa cəlb ediliblər. Rəmzan Muradovun üzərindən 5 ekstazi həbi, 3 qram metamfetamin, Vüsal Məmmədzadədən isə 3 qram metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir. DAVAM.AZ Geri dön |