Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib |
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Kollegiyadan bildiriblər ki, iclasda çıxış edən sədr Anar Bağırov iştirakçılara kollegiyanın fəaliyyəti, vəkilliyə qəbul üzrə yanvarın 31-də keçirilmiş yazılı test imtahanının nəticələri, o cümlədən ixtisas imtahanlarının şifahi mərhələsinin gedişi barədə məlumat verib.
İclasda Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkil qurumlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı” fəaliyyəti üzrə nümunəvi daxili nəzarət sisteminin layihəsi müzakirə olunaraq qəbul edilib. Bundan başqa, Vəkillər Kollegiyası üzvlüyünə qəbul, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Eyni zamanda, “Yusif Allahverdiyev və partnyorları” və “AAA” vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar qəbul edilib. İclas çərçivəsində bir sıra intizam məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul olunub. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. DAVAM.AZ Geri dön |