Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində Çindən qayıtmış 3 nəfər var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial, Bildiriş > Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində Çindən qayıtmış 3 nəfər var

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində Çindən qayıtmış 3 nəfər var


Hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində hazırda Çindən qayıtmış 3 nəfər var. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Bir daha qeyd edirik ki, həmin şəxslər Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların virusa yoluxanlarla kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

Geri dön