Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Fevralın 9-da Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağacağı gözlənilir
Fevralın 9-da Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağacağı gözlənilir |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəzlənəcəyi gözlənilir. Fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35, bəzi ərazilərdə 38-40 metr/saniyəyədək şiddətlənəcək. Departamentin rəhbəri bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edib. “Bakıda və Abşeronda fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15-18° enəcək. Fevralın 9-da gündüz 0-3° isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4° şaxta olacağı proqnozlaşdırılır. Buna görə də fevralın 9-dan 10-na, və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq fevralın 7-si axşam fevralın 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Qərb küləyinin əsəcəyi, güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18° enəcək. Yolların buz bağlayacağı gözlənilir. Hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, meteohəssas insanların da səhhətlərinə qarşı diqqətli olmasını tövsiyə edirik”, - deyə U.Tağıyeva qeyd edib. Geri dön |