Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial, Borçalı > Qar və çovğun Gürcüstanın avtomobil magistrallarında ciddi problemlər yaradıb
Qar və çovğun Gürcüstanın avtomobil magistrallarında ciddi problemlər yaradıb |
Güclü qar, çovğun, duman, eləcə də yollarda yaranmış qar uçqunu və torpaq sürüşməsi Gürcüstanın qərb, şərq və şimal hissələrində daxili beynəlxalq əhəmiyyətli magistral yollarında ciddi problemlər yaradıb.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər ki, Gürcüstandan Rusiya, Ermənistan və Türkiyə sərhədlərinə gedən yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Gürcüstandan Rusiyaya gedən Mstxeta-Stepantsminda-Lars magistralının Qudauri-Kobi hissəsində qar uçqunu səbəbindən artıq iki gündür ki, bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Bəzi məlumatlara görə, hazırda Rusiya-Gürcüstan sərhədindən 600-dən çox yük və minik avtomobili dayanıb. Axalkalakidən Türkiyəyə gedən beynəlxalq əhəmiyyətli magistralın Kartsaxi hissəsində qoşqulu, yarım qoşqulu yük avtomobillərinin, eləcə də, 30 nəfərdən çox sərnişin tutumlu avtobusların hərəkəti qadağan edilib. Gürcüstanın şərq və qərb hissələrini birləşdirən Tbilisi-Senaki-Leselidze, eləcə də ölkənin qərbindəki Qomi-Saçxere-Çiatura-Zestafoni magistralında qoşqulu və yarım qoşqulu avtomobillərin hərəkəti qadağan edilib. Departamentdən onu da bildiriblər ki, hazırda yalnız Azərbaycan ilə yolda heç bir problem yaşanmır. Azərbaycan ilə Gürcüstanı birləşdirən, Böyük İpək yolunun tərkib hissəsi olan E60 magistralında təmir, bərpa və yenidənqurma işləri plana uyğun davam etdirilir. “Qırmızı körpü”, Laqodexi və Qardabani sərhəd keçid məntəqələri maneəsiz və problemsiz işləyir. Geri dön |