Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Adi kartofun sağlamlığa inanılmaz faydaları - təzyiqi salır, beyini inkişaf etdirir ...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Adi kartofun sağlamlığa inanılmaz faydaları - təzyiqi salır, beyini inkişaf etdirir ...

Adi kartofun sağlamlığa inanılmaz faydaları - təzyiqi salır, beyini inkişaf etdirir ...


Müasir elm kartofu ən faydalı tərəvəzlərdən biri hesab edir. Kartof insan sağlamlığı üçün vacib olan bir çox qiymətli maddələrlə zəngindir.
1. Flavonoid, karotinoid, fenol turşuları ilə zəngin olan kartof orqanizmə güclü antioksidant təsir edir. Elmi araşdırmalar göstərib ki, bu maddələr qaraciyər və yoğun bağırsaqda xərçəng hüceyrələrinin artmasının qarşısını alır. Qırmız kartof ağ kartofla müqayisədə daha güclü xərçəng əleyhinə təsirə sahibdir.
2. Kartof beyinin inkişafına güclü təsir edən və beyinin sağlamlığını qoruyan B6 vitamini ilə zəngindir.
3. Kartofun tərkibində olan nişasta orqanizmə yaxşı əhval və yuxu üçün vacib olan hormonların (serotonin, melatonin, noradrenalin) ifrazını stimullaşdırır.
4. Kaliumla zəngin olan kartof arterial təzyiqi tənzimləməyə yardım edir və ürək əzələsini qoruyur.
5. Kartof dəri üçün də çox faydalı məhsuldur. Dərini daha cavan və sağlam edir.
6. Kartof arıqlamağa kömək edir.
Mütəxəssislər kartofu sobada və ya suda bişirilmiş halda yeməyi tövsiyə edirlər. Bişirdikdən əvvəl kartofun qabığını soymayın və qabıqlı yeməyə çalışın. Kartofun qabığı bir çox qiymətli maddələrlə zəngindir.

DAVAM.AZ

Geri dön