Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musiqili Teatrda psixo-plastik qrotesk janrında tamaşa
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Musiqili Teatrda psixo-plastik qrotesk janrında tamaşa

Musiqili Teatrda psixo-plastik qrotesk janrında tamaşa


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Rebus” teatrı “Hamlet-X” tamaşasını nümayiş etdirib. Tamaşa Uilyam Şekspirin “Hamlet” əsərinin əsasında hazırlanıb. Tamaşanın rejissoru Ceyhun Dadaşov tamaşanın nümayişindən öncə müsahibəsində əsər haqqında məlumat verib. Bildirib ki, “Hamlet-X” tamaşası plastika üzərində qurulub. Burada hadisələrin açılmasında simvollara böyük yer verilib. Tamaşanın janrını isə psixo-plastik qrotesk kimi müəyyənləşdirmək olar. Proseslər Hamletin qarabasması kimi də dəyərləndirilə bilər.
“Bütün baş verən hadisələr ola bilər ki, artıq baş verib, bəlkə də heç vaxt baş verməyəcək. Bəlkə də bütün hadisələr əslində tamam başqa şəkildə baş verib. Biz isə “Hamlet-X” tamaşasında bütün hadisələrə Hamletin gözü ilə baxırıq və hər şeyi onun baxış bucağından dəyərləndiririk”, - deyə rejissor əlavə edib. Səhnə əsərində Əli Əlizadə (Klavdi), Natavan Abbaslı (Gertruda), Ziya Ağa (Paloni), Rasimə Abbasova (Ofeliya), Elnur İsmayılov (Rozenqrans, Gildenstern, Ata), Ceyhun Dadaşov (Hamlet) çıxış ediblər. Aktyorların məharətli ifası tərzi tamaşaçıların marağına səbəb olub.

DAVAM.AZ

Geri dön