Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qızlar arasında dünya çempionatının müsəlman ölkəsində keçirilməsi vacib amildir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Qızlar arasında dünya çempionatının müsəlman ölkəsində keçirilməsi vacib amildir”

“Qızlar arasında dünya çempionatının müsəlman ölkəsində keçirilməsi vacib amildir”


FİFA prezidenti Yozef Blatter Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 21-də keçirdiyi görüşdən danışıb.

Bu barədə ali futbol qurumunun rəhbəri Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının təşkil etdiyi Gənc Reportyorlar Proqramında çıxışında açıqlama verib.

O bildirib ki, görüş zamanı prezident İlham Əliyev Azərbaycanın 17 yaşadək qızlar arasında dünya çempionatından əlavə, futbol üzrə daha nüfuzlu yarışlar keçirmək istədiyini deyib. Bu məqsədlə ölkəmizdə yeni-yeni stadionların tikildiyi, dünya standartlarına uyğun futbol infrastrukturunun yaradıldığı qeyd olunub.

Blatterin sözlərinə görə, dövlət başçısı hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini də söyləyib. FİFA prezidenti bu məqama diqqət çəkərək, bildirib ki, Azərbaycan müsəlman ölkəsi olduğu halda, 94 il əvvəl belə bir qanun qəbul olunub. Halbuki Avropa ölkələrində bundan xeyli gec qadınlara seçki hüququ verilib: “Məsələn, mənim vətənim İsveçrədə 1971-ci ildən qadınlar seçib-seçilmək hüququna malikdirlər. Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatı yeni ölkədə və həm də müsəlman ölkəsində start götürür. Bu, çox vacib amildir, bütün mədəniyyətlərə mesajdır”.

Qeyd edək ki, 17 yaşadək qızlar arasında dünya çempionatı oktyabrın 13-dək davam edəcək.

Elşən MƏMMƏDOV

Geri dön