Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəşan Ziyadəliyevin bu günə təyin olunan məhkəməsi təxirə salınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Rəşan Ziyadəliyevin bu günə təyin olunan məhkəməsi təxirə salınıb

Rəşan Ziyadəliyevin bu günə təyin olunan məhkəməsi təxirə salınıb


Gənc aktivist Rəşan Ziyadəliyevin bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. R.Ziyadəliyev hansı səbəbdən bu cür qərarın verildiyi onun özünə də məlum olmadığını deyir: "iki gün öncə məni polis bölməsinə apardıqları zaman orada bildirdilər ki, Rustavi şəhərində sənin məhkəmən olacaq mən isə onlardan soruşdum niyə Rustavi şəhərində, çünki bizim bölgənin əsasan məhkəmə prosesləri Bolnisidə keçirilir. Polis əməkdaşları isə qeyd etdilər ki, yox sənin məhkəmən Rustavidə olacaq. Bu gün biz səhər tezdən sözügedən məhkəməyə gəldikdə isə burada bizə qeyd etdilər ki, sizinlə bağlı bura heç bir şikayət ərizəsi qeydiyyatdan keçməyib. Yenidən polis bölməsi ilə əlaqə saxladıq onlar isə məhkəmə prosesi ilə bağlı heçnə demədiklərini deyərək iki gün öncə dedikləri sözü inkar etdilər. Hansı səbəbdən bu qərar verildi bilmirəm", - deyə R. Ziyadəliyev bildiridi.
Polis bölməsindən oda bildirilib ki, məhkmə prosesi Bolnisidə keçirləcək vaxtı isə təyin olunduqda xəbər ediləcək.
Qeyd edək ki, Rustavi şəhər məhkəməsinə Rəşan ziyadəliyevlə birgə gənc aktivistlər, QHT nümayəndələri, tələbələr və media nümayəndələri də qatılıblar. Xatırladaq ki, 8 fevral tarixində Marneuli rayonunun Qızılhacılı kənd sakini gənc fəal Rəşan Ziyadəliyev polis tərəfindən saxlanılıb. Polis onu saxlayaraq şəkilini çəkmək istəyib. Rəşan isə üzərində şəxsiyyət vəsiqəsinin olduğunu bildirib və polisə onu təqdim edib polis isə şəkilnin çəkilməsini israr edib. R. Ziyadəliyev polisə izin verməyib. Daha sonra tərəflər arasında sözlü mübahisə yaranıb sonra isə polis onu bölməyə aparıb müəyyən aktlar yazıldıqdan sonra o sərbəst buraxılıb.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön