Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İşçiləri təcili yardım maşını ilə səsverməyə göndərən baş həkimə şiddətli töhmət verilib
İşçiləri təcili yardım maşını ilə səsverməyə göndərən baş həkimə şiddətli töhmət verilib |
Kürdəmir Rayon Xəstəxanasının baş həkimi Eynulla Novruzov seçki günü işçiləri təcili yardım maşını ilə səsverməyə göndərdiyinə görə cəzalandırılıb. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) verilən xəbərə görə, məsələ ilə bağlı Kürdəmir Rayon Xəstəxanasının Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb: “O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə işçiləri səsverməyə aparmaq üçün təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib. Eynulla Novruzova bu hərəkətinə görə şiddətli töhmət verilib”.
Qeyd edək ki, sosial şəbəkələrdə 57 saylı Kürdəmir seçki dairəsinə aid seçicilərin təcili yardım maşını ilə səsverməyə aparılmasına dair görüntülər yayılıb. DAVAM.AZ Geri dön |