Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Savalan Mirzəyev Bakıda gürcü dilində danışmağının səbəbini açıqladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Savalan Mirzəyev Bakıda gürcü dilində danışmağının səbəbini açıqladı

Savalan Mirzəyev Bakıda gürcü dilində danışmağının səbəbini açıqladı


Azərbaycan mediasında Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyevin Azərbaycan dilinə qarşı hörmətsizlik etdiyi bildirilir. Azərbaycanda keçirilən növbədən kənar parlament seçkilərində müşahidəçi qismində iştirak edən Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev seçkilərin müşahidəsi və yekun nəticələri ilə bağlı 10 fevral tarixində keçirdiyi brifinqdə gücü dilində danışıb.
Məsələyə aydınlıq gətirən Mirzəyev başqa dildə danışmağı Azərbaycan tərəfi istədiyini bildirdi.
"Azərbaycanda keçirilən parlament seçkiləri sonrası, metbuat konfransında mənim gürcü dilində çıxış etməyimi Azərbaycan tərəfi istəyirdi, protokolla da elə nəzərdə tutulmuşdur. Bu tələb, əsasən mətbuat konfransını təşkil edənlərin tələbi idi. Mətbuat konfransı əsas ingilis və rus dillərində keçirilirdi. Bizə bildirdilər ki, ingilis, rus və ya gürcü dilində danışmalısız. Təbii ki, mən dövlət dilini seçdim və gürcücək danışdım." - Savalan Mirzəyev bildirdi.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)


Geri dön