Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlahiyyat İnstitutunda payız semestrinin yekunları müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > İlahiyyat İnstitutunda payız semestrinin yekunları müzakirə olunub

İlahiyyat İnstitutunda payız semestrinin yekunları müzakirə olunub


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) cari tədris ilinin payız semestrinin yekunlarına həsr olunan növbəti iclas keçirilib.

Aİİ-də bildirilib ki, iclasda ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

Rektor Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

İnstitutun məqsəd və hədəflərindən danışan C.Məmmədov imtahanların gedişatı, yekunları, növbəti semestrlə bağlı görülən işlər, dərsliklərin hazırlanması və digər məsələlərdən bəhs edib.
Aİİ-nin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov dərs vəsaitlərinin yazılması ilə bağlı məsələlərə toxunub. Qeyd edib ki, tədrisin sistemli olması üçün dərsliklərin nəşr edilməsi vacibdir. Dərslik proqrama uyğun yazılmalı, mövzuları tam əhatə etməlidir. Eyni zamanda, sadə və elmi üslubda qələmə alınmalı, məzhəblərüstü yanaşmaya xüsusi diqqət yetirilməlidir.

İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov tələbələrin şəxsi və elmi inkişafına yönələn işlərin görülməsi ilə bağlı məsələlərə toxunub. Hər bir müəllim və əməkdaş çalışmalıdır ki, tələbələrimizə dərslərində, gələcək karyeralarının qurulmasında, dünyagörüşünün zənginləşdirilməsində kömək göstərsin, onların ümumi inkişafına töhfə versin.

Ali təhsil müəssisəsinin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov imtahanların nəticələri ilə bağlı məlumat verib. Payız semestri zamanı görülən işlərdən, qarşıya çıxan problemlərdən və həyata keçiriləcək tədbirlərdən bəhs edib.

Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması sahəsində görülən işlər, həmçinin nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.

İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva imtahan prosesi zamanı yaranan çatışmazlıqlardan, imtahanların nəticələrindən, Operativ Qərargaha daxil olan təklif və şikayətlərdən söz açıb.

İclas müzakirələrlə davam etdirilib.

Geri dön