Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Seyid Məhəmmədhüseyn Şəhriyar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Seyid Məhəmmədhüseyn Şəhriyar

Seyid Məhəmmədhüseyn Şəhriyar


Əli DƏSTİ
Gəncə şəhər İranlı Mühacirlər Cəmiyyətinin sədri


Məhəmmədhüseyn Behcət Təbrizi Hacı Mirzəağa Xoşginabi oğlu 1907-ci ildə Təbriz şəhərində vəkil ailəsində anadan olmuşdur. Atası poeziyanı və musiqini sevən şair, təbli bir ziyalı idi. Əvvəllər oğlunun təhsili ilə özü məşğul olmuşdu. Öz şəxsi kitabxanasındakı qiymətli əsərləri oxumaqla Məhəmmədhüseyni həvəsləndirirdi. Anası Kövkəb xanım Azərbaycan şifahi xalq yaradıcılığından və klassik irsimizdən olan nümunələri, qəzəlləri Məhəmmədhüseynə oxutdurmuşdur. Məhəmmədhüseyn ilk təhsilini təbrizdə almış, o tanınmış müəllimlərdən molla İbrahimin yanında təkmilləşmişdir. Məhəmmədhüseyn Sədinin “Gülüstan”ını; Hafizin qəzəllərini, “Quran-i Kərim” i, bəzi ərəb-fars lüğətlərini uşaq yaşlarından öyrənmişdi. Məhəmmədhüseyn yay tətilini ata-baba yurdunda, ecaskar Heydər-baba dağının ətəklərində Xoşginabda və Şəngilabda keçirmişdi. Ərəb, fransız dillərini mükəmməl öyrənən Məhəmmədhüseyn ilk şeirlərini Təbrizdə yazıb, orta təhsilini bu şəhərdə başa vurub. 1928-ci ildə Tehran Universitetinin Tibb fakültəsinə qəbul olunub. 1920 –ci ilin ortalarında istedadlı bir şair kimi tanınmış Seyid Məhəmmədhüseyn Behcət Təbrizi özünə təxəllüs götürmək üçün Hafizin “ Bəxtnamə” kitabını açır və bəxtinə “Şəhriyar” adı düşür. O vaxtdan da Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Seyid Məhəmmədhüseyn Şəhriyar kimi tanınmış,qəbul olunmuşdur.

Tələbəlik illərində Şəhriyar Sürəyya adlı bir qıza aşiq olur. Sürəyyanı eyni vaxtda şahın əmisi oğlu da sevirdi. Qızın imkanlı qohumları və şahın əmisi oğlu Şəhriyara təziqlər edərək onu 1932-ci ildə universitetin son kursundan Nişapura sürgün etdirdilər. Beləliklə, Şəhriyar ali təhsilini yarımçıq qoydu. O, 1932-ci ildə dövlət qulluqçusu kimi Nişapurda çalışmalı oldu. Sonra sürgündən qayıdan Şəhriyar Tehran Kənd Təssərrüfatı Bankında işləməyə başladı. Çox sevdiyi atası Hacı Mirzəğa Xoşginabı 1934-cü ildə vəfat etdi. Şəhriyar indi bir şair məclisi düzəldir. Orada yeni yaradıcılıq nümunələri, yazılmış poemalar, şeirlər oxunub müzakirə olunurdu. Sürəyyanın qohumları şairlərə xidmət göstərən, onlara çay, qəhvə və yemək verən xidmətçiyə Şəhriyarı və onun iki yaxın dostunu qəhvəyə zəhər qatmaqla öldürülmələrini əmr edirlər. Şəhriyarın iki şair dostu qəhvə ilə zəhərlənib ölür. Anası Kövkəb xanıma bu barədə xəbər çatır. Kövkəb xanım həmin xidmətçinin evinə gedir, çadrasını açıb, xidmətçinin ayaqlarına atır və ondan xahiş edir ki, Şəhriyarı zəhərləməsin. Xidmətçi Kövkəb xanıma söz verir və sözünə sadiq qalır.

Sonralar isə anası Kövkəb xanım vəfat edir. Şair bundan çox kədərlənir. Bu münasibətlə şeirlər yazır. “Ey vay Madərim!” adlı şeirində öz övladlıq səmimiyyətini, duyğularını ifadə etdirmişdir.Şəhriyar Tehranda yaşayarkən onun uşaqlıq dostlarından biri 1949-cu ildə ağır xəstələnib yatağa düşür. O, Şəhriyardan xahiş edir ki, dostluğumuz naminə mən ölsəm ailəmdən, uşaqlarımdan muğayət olarsan. Ailə vəziyyətimiz ağırdır. Həyat yoldaşım, 3 qız övladım var.O, yazdığı bu vəsiyyətnaməni Şəhriyara verir və xahiş edir ki, ölümündən sonra həyat yoldaşına versin. Şəhriyar dostu deyən kimi edir…

Şəhriyar 1950-ci ilin əvvəllərində Təbrizə qayıdır və məktubu dostunun həyat yoldaşına verir. Qadın məktubu oxuduqdan sonra Şəhriyara deyir ki, Təbrizdə ibtidai məktəbdə dərs deyən ortancıl qızı Əzizə ilə ailə qursun. Şəhriyar 1953-cu ildə Əzizə xanımla evlənir. Onların iki qızı və bir oğlu dünyaya gəlir. Hazırda yaşayırlar. Sonra Əzizə xanım Tehranda vəfat edir və atasının yanında dəfn edilir.

Şəhriyar Cənubi Azərbaycan və İran poeziyasının ən böyük nümayəndələrindən biridir. O, Azərbaycan və fars dillərində yazıb yaratmışdır. Onun ilk kitabı 1931-ci ildə nəşr olunmuşdur. Sonralar şairin 4 cildlik “Divan” ı; 2 cildlik seçilmiş əsərləri çap olunmuşdur. 1954-cü ildə Şəhriyar Xoşginaba gedib Heydər-baba dağının ətəklərində öz uşaqlıq təəssüratlarnı yenidən yaşamış, doğma el-obasandan aldığı təzə intibahlar əsasında 2 hissədən ibarət “Heydər –babaya salam” poemasını yazmışdır.

Şəhriyar yaxşı tar çalırdı. O tarda muğamları və xalq mahnılarını ifa etməyi xoşlayırdı. Şairin çox gözəl xətti var idi. İmkan düşəndə “Quran” ayələrini və sevdiyi şairlərin əsərlərindən kiçik parçaları özünə məxsus bir səliqə ilə köçürüb dostlarına bağışlayarmış. Dəfələrlə Xamineyi və Doktor Cavad Heyyət Şəhriyardan xahiş etmişlər ki, yazıb-yaratmaq və yaşamaq üçün Tehrana köçsün. Şəhriyar onların sözünü yerə salmayıb Tehrana köçür.

Şəhriyar və onun ailəsi uzun illər boyu maddi sıxıntılar içərisində yaşamışdır. İranın müdafiə naziri Şəhriyarı sevdiyi və ona rəğbət bəslədiyi üçün maddi sıxıntılar içərisində yaşadığını nəzərə alaraq ona külli miqdarda pulun qəbzini vermişdir. Şəhriyar ailəsinin maddi cəhətdən ağır olmasına baxmayaraq həmin pulların qəbzini nazirə qaytararaq xahiş edir ki, pulları əsgərlərə və onların ailələrinə paylasın.

Gənclik çağlarından başlayaraq həyatı maddi məhrumiyyətlər içərisində keçən şair sürgün illərində çəkdiyi ağır fiziki və mənəvi əzablar nəticəsində dəfələrlə bərk xəstələnmiş,inqilabdan sonra da öz evində və müxtəlif xəstəxanalarda müalicə olunmuşdur. Şəhriyar Tehranın “Mehr” xəstəxanasında yatarkən onun yanına gələn Xamineyi ondan nə istədiyini soruşur. Şəhriyar xahiş edir ki, Təbrizin, Xoşginabın, Şənginabın və “Heydər-baba” nın ətraflarına asfalt salınsın və elektriklə çıraqban edilsin. Bir də öləndən sonra onu Təbrizdə “Şairlər qəbristan”lığında dəfn etsinlər. Xamineyi ona söz verir və sözünədə əməl edir. Ağ ciyər iltihabından və ürək çatışmazlığından 18 sentyabr 1988-ci ildə vəfat etmişdir.Şəhriyarın ölüm günü İranda poeziya günü kimi elan olunmuşdur. O vaxtdan da 18 sentyabr İranda poeziya günü kimi qeyd olunur.

Öz vəsiyyətinə əsasən şairin cənazəsi Təbrizə gətirilmiş, Şurxabdakı məşhur “Şairlər qəbiristan”lığında dəfn edilmişdir. Qəbrin üstündə tikilən məqbərənin mərkəzində qızılı şirmayını xatırladan zərif mərmər sərdabədə şair sanki yuxuya dalmışdır. Burada İran xalqının mədəniyyət tarixini nümayiş etdirən gözəl bir muzey yaradılmışdır. Məqbərənin önündə qonaqlar Şəhriyarın abidəsi ilə yanaşı Nizami Gəncəvinin heykəlini də hörmətlə ziyarət edirlər.

Şəhriyarın “ Heydər –babaya salam” poeması, sonralar ana dilində yazdığı şeirlər təkcə şairin yaradıcılığında deyil, eləcə də Cənubi Azərbaycan poeziyasında yeni mərhələ idi. Poemada Cənubi Azərbaycan təbiətinin gözəllikləri, xalqın adət-ənənələri, ana yurduna tükənməz oğul məhəbbəti əlvan poetik boyalarla canlı xalq dilində tərənnüm edilmişdir. Poema Cənubi Azərbaycanda yeni bir poeziyaya yol açmışdır. Cənubi və Şimali Azərbaycanda çoxlu nəzirələr yazılmışdır. Iraqda, Türkiyədə və Orta Asiyada böyük şöhrət qazanmışdır.

1943-cü ildə Şəhriyar II Dünya müharibəsi zamanı Hitler faşizminə qarşı öz nifrətini “ Stalinqrad Qəhrəmanları” poemasında göstərmişdir. Bütün bəşəriyyətin nicat-xilas yolunu yalnız Hitler faşızminin məhv edilməsində görmüşdür.

Şəhriyar hansı dildə yazmasından asılı olmayaraq, həmişə vicdanının səsinə qulaq asan, qəlbində tüğyan edən duyğuları, başından keçən fikirləri səmimiyyətlə əks etdirən bir sənətkar idi. O, şeirinin birində demişdir:



-Dedim Azər elinin bir yaralı niskiliyəm mən,

Niskil olmasam da, gülüm, bir əbədi sevgiliyəm mən.

El məni atsa da öz gülşənimin bülbülüyəm mən,

Elimin farsca da dərdini söyləyən diliyəm mən.

Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.

Əbədiyyət gülüyəm mən.



O, klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu, mükəmməl qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Qəzəl dahisi hesab olunan Hafiz Şirazidən sonra keçən 600 il ərzində Şəhriyarın şeirləri İranda lirikanın ən yüksək pilləsi hesab olunur. Şairin dərin fıkirlərlə zəngin olub, incə duyğular, tərənnüm edən qəzəlləri xalq arasında geniş yayılmışdır. Tehran, Təbriz, Ərdəbil, Marağa, Məşhəd, Astara, Xoy, Mərənd və başqa şəhərlərdə keçirilən ədəbi-elmi məclislərdə Şəhriyarın ana dili ilə yanaşı farsca qəzəlləri uşaqdan böyüyə çoxlarının dilində əzbər olmuş, həm də incə zövqlə dəfələrlə ifadə edilmişdir. İlk məhəbbət oxunun daşa dəyməsi şairi uzun müddət sızlatmış, onun bir sıra qəzəllərində dərin kədərə çevrilmişdir.



Sızlayır əhvalıma sübhə qədər tanrım mənim,

Təkcə tanrımdır qara günlərdə dildarım mənim.



Miniatür poema təsiri bağışlayan sonuncu əsərində şair təbiətə öz elinin, obasının, vətəninin və xalqınm deyil, bütün dünyanın taleyi üçün mənəvi məsuliyyət daşıyan qüdrətli bir sənətkar kimi çıxış edir. O, XX əsrin ən boyük elmi kəşflərindən biri olan atom enerjisindən insanların rifahı üçün deyil, iradəsini başqalarına qəbul etdirmək vasitəsi kimi istifadə edən təcavüskar imperialist dairələrini tutarlı vasitələrlə ifşa edir. Xalqları ayıq-sayıq olmağa, öz talelərini odla oynayanlara qarşı çıxmağa çağırır.

“Türkün dili” adlı şeirində “türkün dili tək sevgili, istəkli dil olmaz” deyən şair dilimizin zənginliklərinə dərindən bələd olmuşdur. Şair “Şair ola bilməzsən, anan doğmasa şair!” adlı şeirində demək istəyir ki, şairlik istedadın bəhrəsi, istedad isə Allahın vergisidir. Şair olmaq əsla mümkün deyil.

Şəhriyarın ana dili şeirləri arasında Bakıdakı qələm dostlarına yazdığı mənzum məktubları geniş yer tutur. Xalq şairləri Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Səməd Vurğun, Balaş Azəroğlu, Hökümə Billuri, Söhrab Tahir, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanmış şeirlərində «E1 bülbülü», «Döyünmə, söyünmə”, “Qafqazlı qardaşlar ilə görüş” və “Gözün aydın” əsərlərində Bakı həsrəti, Şimali Azərbaycandakı qardaşlarla görüşüb onları bağrına basmaq arzusı özünün çox güclü ifadəsini tapmışdır. Şahlıq rejiminin İranda, Sovet rejiminin Azərbaycanda tüğyan etmiş bir zamanında yazılmış aşağıdakı misraları heç bir Azərbaycan övladı həyacansız oxuya bilməmişdir:



Bizi yandırır yaman ayrılıq,

Bu darıxdıran duman ayrılıq,

Başa sovulan saman ayrılıq,

Aman ayrıhq, aman ayrılıq.

.. .Qan dəryasına cuman ayrılıq,

…Qəddimi edib kaman ayrılıq.



Şəhriyar uzun illər boyu Şimali Azərbaycan və Bakı həsrəti ilə qovrulsa da, keçmiş Sovetlər İttifaqı ilə keçmiş İran arasındakı sərhədlər tanınmış xalq xadimləri üçün qoyulmuş qadağaların sərtliyi, maddi çətinliklər sonralar isə xəstəlik, qocalıq Şəhriyarm arzularını həyata keçirməyə imkan verməmişdir. Hətta bir dəfə Bakıda 1968-ci ildə M.F.Axundov adına Opera və Balet Teatrında təşkil olunmuş təntənəli yubiley münasibətilə keçirilən konfransa Şəhriyarı dəvət etmişdilər və ona dəvətnamə göndərmişdilər. Sovet rejimi dəvətnaməni ləngitmiş, şah rejimi isə gecikmiş dəvətnaməni Şəhriyar soylu digər şəxsə verib. Həmin şəxs isə Sovet Azərbaycanında qohumlarının olmadığına görə dəvətnamədən imtina etmişdir. Halbuki Məhəmmədhüseyn Şəhriyarla Bakıdan qabaqcadan telefon əlaqəsi olmuş və ona dəvətnamə göndərildiyi bildirilmişdir. Şəhriyar öz şimal qardaşları qarşısında oxumaq üçün şeirlər də yazmışdır. Əfsuslar olsun ki, səfər baş tutmamışdır. Şəhriyarm arzu və diləyi gözündə qalmışdır. “Qafqazlı qardaşlar ilə görüş” şeiri məhz bu münasibətlə yazılmışdır:



Sən kimi qardaş öz qardaşını

Atmayıb özgə kimsə tutmayacaq.

Qoca Təbriz də, yüz min il keçsə,

Belə qardaşlarını unutmayacaq.



Gəlmişik doğma yurdumıız Bakiya,

Qoy, bu tarixdə iftixar olsun.

Şəhriyardan da bu üfüqlərə

Bir sınıq nəğmə, yadigar qalsın.



Bu gün biz inamla deyirik ki, Şəhriyarın idrak və zövq mənbəyi olan əsərləri, eləcə də onun sənət bahadırlarının təkrarsız irsi olmasaydı, dünya nə qədər solgun, insanlar mənən nə qədər yoxsul və miskin görünərdi.

Azərbaycan şeirində yüz illər boyu həsrətdən, hicrandan dönə-dönə acı-acı şikayətlər edilmiş, vətən həsrətindən az yazılmamışdir. Lakin “Aman ayrılıq” şeirində ayrılıq ilk dəfə olaraq geniş miqyaslı ictimai səviyyəyə qaldırılmışdır. Bir çayın iki sahilində yaşayan Azərbaycan xalqı dəmir pərdə ilə ayrı salınmışdır.

Şəhriyar yaradıcılığında Xəqani, Nizami, Füzuli, Sədi, Hafiz, Seyid Əzim Şirvani, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir kimi söz və fikir bahadırlarının irsi və ülvi əlaqəsi var. Şəhriyar sənətinin böyüklüyü onun istər sağlığında, istərsə də yüz illər keçəndən sonra əsərlərini oxuyan hər kəs üçün qiymətlidir.Sözə həssas olan, yüksək səviyyəli bədii söz sahibləri, şeirsevərlər dərindən təsirlənirlər. Şəhriyar onun kəlamı ilə özü və onun öz zamanı ilə arasındakı mənsub olduğu ölkə və cəmiyyətin taleyi arasında fikir və duyğular arasında nə isə bir uyğunluq, yaxınlıq görür. Kəlmə-kəlmə, beyt-beyt açılan Şəhriyar kəlamı işığında oxucu tam səmimiyyətlə öz daxili aləmini, qəlbini, şüurunu ona etibar edir. Özünü həyəcanlandıran, narahat edən çox vacib tale yüklü mətləblər barəsində Şəhriyardan məsləhətlər alır, öz fikir və duyğular axarını Şəhriyar kəlamının yüksək məna pərdəsinə kökləyir.

Şəhriyarın farsca, klassik üslubda, həm də ana dilində yeni formada yazdığı əsərlərində çox sanballı, milli və bəşəri problemlər qaldırılmışdır. Onların bir çox xalqların öz müqəddəratını əllərinə alıb, dövlət müstəqilliyini qorumaq uğrunda çarpışdığı indiki vəziyyətdə milli özünüdərk baxımından böyük əhəmiyyətə malikdir.

Şairin vəfatından illər keçdikcə onun ədəbi irsinə oxucu marağı daha da artır. Hər iki tayda azərbaycanlılar xoş gündə də, pis gündə də ilk növbədə özünün say-seçmə şairlərindən biri olan Şəhriyarın sənət kəhkəşanına müraciət edir, onun fikir və duyğular xəzinəsindən bəhrələnirlər.

Şəhriyarın on illər bundan əvvəl yazdığı şeirin bir misrası elə bil ki, xalqımızın erməni təcavüzünə məruz qaldığı fəlakətli günləri haqqında deyilmişdir:



Behişdimiz cəhənnəm olmaqdadır,

Zilhiccəmiz məhərrəm olmaqdadır.

Geri dön