Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə dövlət çevrilişinə görə daha 330 nəfər cəza aldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyədə dövlət çevrilişinə görə daha 330 nəfər cəza aldı

Türkiyədə dövlət çevrilişinə görə daha 330 nəfər cəza aldı


330 nəfər cəza aldı, 34 nəfərin haqqında bəraət hökmü çıxarıldı. Üç türk generalı dövlət çevrilişində iştirak cəhdinə görə 20 ilədək həbs cəzasına məhkum olunub.
Məhkəmə əsas təqsirləndirilən şəxs sayılan Çətin Doğan, keçmiş Hava Qüvvələri komandanı Xəlil İbrahim Fırtına və keçmiş Dəniz Qüvvələri komandanı Özdən Örnək haqqında ağırlaşdırılmış ömürlük həbs qərarı çıxarıb. Doğan, Fırtına və Örnəkin cəzası daha sonra "çevrilişə əksik təşəbbüs" maddəsi əsas gətirilərək 20 ilə endirilib.

Doğan, Örnək və Fırtına Türkiyə hökumətini devirməyə və ya vəzifəsini icra etməkdən məhrum etməyə təşəbbüsdə təqsirli bilinib.

Engin Alan, Ərgin Sayqun, Bilgin Balanlı, Yurdaer Olcan, Qədir Sağdıç, Fateh İlqar, Şükrü Sarıişıq, Dəniz Cora, Camal Təmizöz, Əhməd Fəyyaz Öyütçü və Nejat Bek 18 il həbs cəzası alıb.

Dursun Çiçək, Əhməd Zəki Üçok, Ömər Faruk Ağayarman isə 16 il həbs cəzasına məhkum edilib.

Ümumilikdə 330 təqsirləndirilən şəxs cəza alıb. 34 nəfərin haqqında bəraət hökmü çıxarılıb.

250 nəfər cəzasını həbsdə çəkəcək.

Məhkəmə istefada olan general Ləvənt Ərsözün işinin ayrılmasına qərar verib.

Prosesdə iştirak etməyən, amma cəza alan bəzi təqsirləndirilən şəxslər haqqında da həbs qərarı çıxarılıb.

Geri dön