Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Sinir sistemi üçün ən xeyirli məhsullar...
Sinir sistemi üçün ən xeyirli məhsullar... |
Hər zaman eşitdiyimiz "bütün xəstəliklər əsəbdəndir" kimi fikirlər həqiqətdir. Sinir sistemi zəiflədikdə, ürək-damar, həzm və sidik-tənasül sistemində ağırlaşma təhlükəsi yarana bilir. Sinir sisteminin sağlam saxlanılması üçün, düzgün qidalanma çox vacibdir.Sizə sinir sistemi üçün lazımlı olan məhsullar siyahısını təqdim edirik:
- Banan və təzə pomidorlar. Sinir sistemini möhkəmləndirir və depressiyanın yaranmasına əngəl olur. - Skumbriya, treska və qızıl balıq. Bu balıqların tərkibində lazımlı yağlar var. Sinir tellərini toksik maddələrdən qorumağa kömək edən, qaraciyəri canlandırır. - Yumurta. Letitinlə zəngin olan bu məhsul, pis əhval-ruhiyyə ilə mübarizə etməyə kömək edir. - Süd məhsulları, kələm, kök, alma. Bu məhsulların tərkibində orqanizm üçün ideal porsiyada kalsiy və fosfor vardır. Kalsiy sinir gərginliyindən kömək edir, fosfor isə sinir sistemini gümrahlandırır. - Göyərti. Orqanizmdə tormozlanma prosesslərinin normallaşmasını təmin edən maqniy ilə zəngindir. - Cücərmiş bitki toxumları, çörək, yarma. Bu məhsullar orqanizmin stressə dayanıqlılığını artıran B qrup vitamini ilə zəngindir. - Bitki yağları, qoz, avakado. Tərkibidnə E vitamini olan bu məhsullar, orqanizmə enerji verərək, əzələ aktivliyini stimullaşdırır. - Çiyələk. Yaxşı əhval ruhiyyə giləmeyvəsidir. Sinir sistemini stimullaşdırır və yaxşı antidepressant sayılır. - Pendir, kartof, araxis, küncüt. Tərkibində qlisin, tirosin, triptofan və qlyutamin turşusu kimi vacib amin turşuları vardır. Bu amin turşuları orqnizmin iş qabiliyyətini yüksəldir və sinir sitemini sakitləşdirir. DAVAM.AZ Geri dön |