Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vəfa Quluzadə: `Başda İran olmaqla, müsəlman ölkələri Azərbaycana dini radikalizm ixrac etməyə can atır`
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Vəfa Quluzadə: `Başda İran olmaqla, müsəlman ölkələri Azərbaycana dini radikalizm ixrac etməyə can atır`

Vəfa Quluzadə: `Başda İran olmaqla, müsəlman ölkələri Azərbaycana dini radikalizm ixrac etməyə can atır`


Amerikanın Səsi ilə söhbətində “Xəzər” Araşdırmalar Mərkəzinin direktoru Vəfa Quluzadə Azərbaycanda keçmiş Sovet sistemi dağılandan sonra yerində müasir demokratik sistemin yaranmalı olduğunu və lakin hələ də hədəfə nail olunmadığını bildirib. O, durğunluğun səbəbini hökumətdə kadrların çoxunun keçmiş kommunistlərdən ibarət olması ilə izah edib.

Sabiq dövlət təhlükəsizlik müşaviri Azərbaycanda dinin inkişafından danışanda başda İran olmaqla, digər müsəlman ölkələrinin Azərbaycana dini radikalizm ixrac etməyə can atdıqlarını söyləyib. O, Azərbaycanın 70 il dindən məhrum olması üzündən yaranan boşluqdan danışıb. Cənab Quluzadə bu boşluğun demokratiya ilə deyil, mövhumatla doldurulmasından narahatlığını ifadə edib.

Vəfa müəllim İslam dinin arxasında güclü dövlətlərin durduğunu, onların da öz növbəsində ölkədə şiə və sünni təriqətlərini Azərbaycana yaydıqlarını, imkansız əhaliyə maddi yardım da verildiyi üçün buna meylli olduqlarını bildirdi.

Təhlilçi Azərbaycanda demoktariyanın yaranmasında Birləşmiş Ştatların və digər demokratik ölkələrin rolunun ola biləcəyini, lakin onların bununla məşğul olmadıqlarını dedi. Vəfa müəllim Azərbaycana bununla bağlı böyük sərmayələr qoyulmalı olduğunu bildirdi.

Geri dön