Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada görkəmli şair Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Ankarada görkəmli şair Kojogeldi Kuluyevin yubileyi qeyd olunub

Ankarada görkəmli şair Kojogeldi Kuluyevin yubileyi qeyd olunub


Qırğız Respublikasının xalq şairi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevin 60 illik yubileyi Ankarada qeyd olunub.
Əvvəlcə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun böyük şairə ünvanladığı təbrik məktubu bu ölkənin Türkiyədəki səfiri Kubanychbek Omuralıev tərəfindən oxunub. Tədbir çərçivəsində görkəmli şairin “Avuçtakı dünya” və “Yürək-məkan” şeirlər toplularının təqdimatı keçirilib. TÜRKSOY-a üzv ölkələrin Ankaradakı təmsilçiləri, Türkiyə paytaxtında yaşayan və çalışan elm və mədəniyyət xadimləri, Qırğızıstandan gələn geniş tərkibli heyət, o cümlədən şairin qələm yoldaşları və dostları yubiley mərasiminə qatılıblar. Əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın Mədəniyyət, Elm və Turizm nazirinin müavini Kayrat İmanaliyev, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Ankaranın Etimesgut rayon bələdiyyəsinin sədri Envər Dəmirəl və başqaları görkəmli şair Kojogeldi Kuluyevin zəngin mənalı həyat və yaradıcılığından, onun şeirlərinin türk dünyasının poeziya aləminə gətirdiyi yeniliklərdən, yüksək insani keyfiyyətlərindən danışıblar.
TÜRKSOY-un kollektivi adından baş katibin müavini Bilal Çakıcı, təşkilatın məsul əməkdaşı Arman Nurmakhamatuly və başqaları Kojogeldi Kuluyevin yüksək insani keyfiyyətlərindən, türk dünyasının poeziyasının zənginləşməsi naminə qələmə aldığı şeirlərin fəlsəfəsindən danışıblar. Çıxışlarda diqqətə çatdırılıb ki, yubilyar mənsub olduğu qırğız mədəniyyəti ilə yanaşı, digər türkdilli xalqların mədəniyyətinin, eləcə də poeziyasının inkişafına eyni məhəbbətlə yanaşır.
Şairin qələm dostları onun şeirlərini oxuyub, poeziya yaradıcılığının nadir üslubundan bəhs ediblər. Baş katib Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın adından “Şərəf” medalını yubilyara təqdim edib. Kojogeldi Kuluyev yüksək təşkilatçılıqla keçirilən yubiley tədbirinə, xoş sözlərə və səmimi təbriklərə görə təşəkkür edib. Mərasim zəngin bədii proqramla davam edib. Qeyd edək ki, “Nəsimi ili-2019” çərçivəsində TÜRKSOY tərəfindən nəşr olunan “İmadəddin Nəsimi dünya dillərində” kitabında yer alan qırğız dilindəki şeirlər Kojogeldi Kuluyev tərəfindən şairin ana dilinə tərcümə edilib.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)

Geri dön