Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qalxanvari vəzini sağlam saxlamaq istəyirsinizsə…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Qalxanvari vəzini sağlam saxlamaq istəyirsinizsə…

Qalxanvari vəzini sağlam saxlamaq istəyirsinizsə…


Qəbul etdiyimiz qida orqanizmi lazım olan maddələrlə təmin edir və həmçinin “dərman” funksiyasını yerinə yetirir. Sirr deyil ki, pəhriz bir çox xəstəliklərin müalicəsində əsas rollardan birini oynayır. Tanınmış amerikalı tireoidoloq (qalxanvari vəzi xəstəliklərini müalicə edən həkim) Elizabet Ventzin qalxanvari vəzinin funksiyasını yaxşılaşdıran təbii smuzi reseptini təqdim edirik.

Bizə lazım olacaq:
3 kərəviz saplağı
1 fincan ispanaq
1 alma
1 stəkan su
1 ç.q. bal
Bütün inqrediyentləri blenderdə qarışdırın, bal əlavə edin və için. Almanı soymayın, onun qabığı da qalxanvari vəzi üçün vacib olan maddələrlə zəngindir.

DAVAM.AZ

Geri dön