Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “Sosial şəbəkələrin gənclərin həyatında rolu mövzusunda interaktiv seminarlar davam edir
“Sosial şəbəkələrin gənclərin həyatında rolu mövzusunda interaktiv seminarlar davam edir |
Milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritet vəzifədir.
Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır. Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, ailə institutuna, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur. Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri - terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrı-seçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri strukturlarının birgə təşkilatçılığı ilə təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və tələbələri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır. Seminarlar DTX-nin bu sahə üzrə peşəkar mütəxəssisləri, o cümlədən DTX-nin Heydər Əliyev adına Akademiyasının təcrübəli əməkdaşları tərəfindən aparılır. 2020-ci il fevralın 20-də DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin, Mingəçevir şəhər, Yevlax, Ağdaş və Goranboy rayonlarının icra hakimiyyəti strukturlarının dəstəyi ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri interaktiv seminara qeyd olunan şəhər və rayonlarının təhsil müəssisələrinin ümumilikdə 570-dən çox yuxarı sinif şagirdi və tələbəsi qatılıb. İ.İsmayılov DTX-nin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird və tələbə kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib. Sonra DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə edilisin. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi prioritet məsələlərdəndir. Seminarda Akademiyanın kafedra rəisi D.Rüstəmovun, psixologiya üzrə fəlsəfə doktoru dosent M.Sadıqovanın, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələrin gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış” və digər aktual mövzularda məruzələri dinlənilib. Seminarda yuxarı sinif şagirdləri Aytac Mustafayeva və Cavid Mirzəzadə sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər. Böyük maraqla qarşılanan seminar sonra şagird və tələbələrin yaxından iştirakları ilə onları düşündürən suallar ətrafında interaktiv müzakirələrlə davam edib. DAVAM.AZ Geri dön |