Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər
Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər |
Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər. Alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır. Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.
4 həftədən sonra zeytun yağını istehlak edən qrupda "pis" xolesterolun səviyyəsi bir qədər azalıb, "yaxşı" xolesterolun səviyyəsi isə 5% artıb. Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir. Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib. DAVAM.AZ Geri dön |