Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türklərə qarşı ASALA-PKK ittifaqı
Türklərə qarşı ASALA-PKK ittifaqı |
Hasan Oktay: «Amma bu ittifaqın Türkiyəyə qarşı müvəffəqiyyətli olma şansı yoxdur»
Musa Qasımlı: «Erməni terror təşkilatı olan ASALA PKK ilə sıx surətdə bağlıdır» Elman Nəsirli: «ASALA və PKK hansısa əməliyyatı həyata keçirəndə bir-birilərindən informasiya və dəstək alırlar» Türk dünyasına qarşı yaradılmış PKK və ASALA terror təşkilatı son zamanlar aktiv fəaliyyətləri ilə seçilməkdədirlər. Daim aktiv olan terrorçu PKK-dan fərqli olaraq ASALA-nın belə demək mümkünsə, yenidən xortlaması Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxmasından sonra baş verib. Xarici səfirliklərimizin nümayəndələrini, xüsusilə Macarıstan səfirliyimizi hədəfə alan ASALA erməni təşkilatı hətta bəyanatında kimlərə ölüm cəzalarının kəsməsini açıq şəkildə bildirib. Siyasi şərhçilər son zamanlar aktivləşmiş ASALA-nın hərəkətlərinin PKK ilə əlaqəli olduğunu iddia edirlər. Millət vəkili, professor Musa Qasımlının sözlərinə görə, PKK təşkilatı qurulmamışdan bir neçə il əvvəl erməni terror təşkilatları bəyanlayırdılar ki, Türkiyəni zəiflətmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır: «Buna görə də onlar Türkiyədəki «kürd hərəkatı»ndan istifadə edirdilər. Mötəbər arxiv sənədləri göstərir ki, ermənilər narazı kürdlərin içərisinə öz adamlarını kürd ad və familiyası ilə yerləşdirib, onları qızışdırırdılar. Hətta konkret olaraq onu da söyləmək olar ki, Ahıl kürdlərinin rəhbəri Zelan bəy ötən əsrin 1920-ci illərinin sonu 30-cu illərin əvvəlində bu hərəkata rəhbərlik edib. Hamı onu türk kimi tanıyırdı, amma əslində erməni idi. 1930-cu illərdə «Daşnaksütyun» partiyası kürdlərin fəaliyyətlərinə maliyyə və ərzaq yardımı edilməsi barəsində qərar qəbul etmişdi. İkinci Dünya Müharibəsindən sonra 1947-ci ildə Qahirədə keçirilən qurultayda «Daşnaksütyun»un Türkiyə ərazisində xüsusi emissarlar göndərməsi barəsində qərar qəbul edilmişdi. Odur ki, erməni terror təşkilatı — ASALA PKK ilə sıx sürətdə bağlıdır. Kürd ilə Türk xalqı qardaşdır. Amma PKK-nı dəstəkləyən qüvvələrdən biri erməni terror təşkilatlarıdır. Bunu da Türkiyə xadimləri bilməmiş deyillər». Politoloq Elman Nəsirlinin sözlərinə görə isə PKK ilə ASALA-nın son zamanlar aktivləşmələrinin arasında heç bir təsadüf yoxdur: «Əvvəla ona görə ki, ASALA beynəlxalq terror təşkilatıdır. Çünki keçən əsrin 80-ci illərində ABŞ-ın Dövlət Departamenti ASALA-nı dünyada beynəlxalq terror təşkilatı siyahısına daxil edib. Həmin siyahıda təxminən 500-ə qədər terror təşkilatının adı var. PKK da keçən əsrin 90-cı illərində ABŞ-ın Dövlət Departamentinin tərtib etdiyi «qara sıyahı» da var. Bu baxımdan hər ikisi beynəlxalq terror təşkilatıdır. Beynəlxalq terror təşkilatları da bir-biri ilə son dərəcədə əlaqələndirilmiş, koordinasiya olunmuş fəaliyyət göstərirlər. Onlar öz fəaliyyətində razılaşma ilə hərəkət edirlər. ASALA və PKK hansısa əməliyyatı həyata keçirəndə bir-birilərinin xidmətindən istifadə edir, informasiya və dəstək alırlar. Bu mənada onlar eyni həlqənin — beynəlxalq terror təşkilatlar şəbəkəsinin son dərəcədə fəal üzvlərindəndirlər. ASALA-nın fəaliyyəti keçən əsrin 90-cı illərindən bir qədər zəifləsə, də son zamanlar aktivləşməyə başlayıb. Bu da Ermənistandakı siyasi rejimin özünün artıq getdikcə daha çox terrorizmə yuvarlanması ilə bağlıdır. PKK haqqında da eyni fikirləri söyləmək mümkündür». Politoloqun sözlərinə görə, bu təşkilatlar müxtəlif coğrafiyalarda yaradılsalar da, mahiyyət etibarı ilə onlar türk dünyasına qarşı fəaliyyət göstərirlər: «Bu məsələdə hətta ASALA PKK-dan bir qədər irəlidə gedir. Çünki, ASALA təkcə türk dünyasında deyil, eləcə də Avropa ölkələrindəki insanlara qarşı da bu cür terror hadisələrini həyata keçirir. Yəni, onlar Ermənistanın ideyalarını bölüşməyən ixtiyari insanlara qarşı belə terror hadisələrini törədiblər. Ona görə də belə nəticəyə gəlmək olar ki, türk dünyasını hədəf seçmiş təşkilatların fəaliyyətinin idarə edilməsi və dəstəklənməsində konkret qüvvələrin iştirakı var. Həm də bir nüansa fikir verək ki, bu təşkilatların hər ikisi soyuq müharibə vaxtı — keçən əsrin 70-80-ci illərində yaranıb. Ona görə də həmin dövrdə bu təşkilatların fomalaşmasında əsas rolu Sovet İttifaqı oynayıb. Çünki SSRİ Türkiyəni özü üçün ciddi təhlükə mənbəyi hesab edirdi. Eyni fikri PKK haqqında da söyləmək olar. Burada ABŞ da balansı formalaşdıran ikinci tərəf olub». Qafqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay isə bildirib ki, PKK da eyniylə ASALA təşkilatı kimi Türkiyəyə qarşı yaradılıb: «Bu təşkilatların bir-biri ilə sıx əlaqəsi var. İndi PKK küncə sıxışınca onu möhkəmlətmək üçün ASALA adı dövrəyə soxuldu. Bundan da belə bir məna çıxır ki, Türkiyəyə qarşı terror variantı ilə mübarizə aparan beynəlxalq güclərin niyyəti aşkarlandıqda onlar PKK-ASALA ittifaqı adı altında gizlənməyə çalışırlar. Halbuki ermənilərin iddia etdikləri hadisələrin arxasında çox böyük nisbətdə PKK-nı təşkil edən həm beynəlxalq güclər, həm də bölgədə bu təşkilata sahib çıxan bəzi iş adlamları var. Yəni dünən ermənilərə əziyyət verənlərlə bu gün ermənilər adına azadlıq döyüşü verdiyini iddia edənlər Türkiyəyə qarşı qol-qola girib. Amma bu ittifaqın Türkiyəyə qarşı müvəffəqiyyətli olma şansı yoxdur». Cavid Geri dön |