Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb |
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılış mərasimi və Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” və Meyxoş Abdullahın rus dilində nəşr olunmuş “Əsir qadın” kitabının, “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı olub. Tədbir əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Xocalı faciəsi tarixdə misli-bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını yaşayırıq. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 6 mindən artıq dinc sakin qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb, 1500-dən artıq insan isə girov götürülüb. Xocalı qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu deyən Kərim Tahirov bu faciənin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində mühüm addımların atıldığını söyləyib. Qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Meyxoş Abdullahın müəllifi olduğu “Пленница…” adlı romanı da rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Qarabağ faciəsini özündə əks etdirən bu kitab bütün dövrlər üçün tariximizin mühüm dönəmlərini xatırlatmaq, bilməyənlərə anlatmaq baxımından mühüm əhəmiyyətli mədəniyyət, ədəbiyyat hadisəsidir.
Vurğulayıb ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı–acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər. Kitabın müəllifi Meyxoş Abdullah çıxış edərək romanın real hadisələr əsasında yazıldığını bildirib. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, buranın Qarabağın yaralı yeri olduğunu söyləyib. Nəşr haqqında fikirlərini bölüşən kitabın tərcüməçisi Təranə Məmməd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıb. Kitabın redaktoru Leyla Qədirzadə bildirib ki, belə kitabların, qəhrəmanlıq motivli filmlərin çəkilməsi təqdirəlayiq addımdır. Bu roman Qarabağ mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir və qeyd edib ki, M.Abdullanın “Əsir qadın” romanı “Yaddaş” mükafatına layiq görülüb. Tədbirdə çıxış edən digər natiqlər Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyiblər. Gənc şair Sevindik Nəsiboğlu “Xocalı faciəsinə” həsr olunmuş şeirini ifa edib. Tədbirdə “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin də təqdimatı keçirilib. Sonda tədbir iştirakçıları və qonaqlar “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış olublar. DAVAM.AZ Geri dön |