Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ombudsman tərəfindən Xocalı soyqırımının 28-ci ildönümünə ilə bağlı silsilə tədbirlər keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Ombudsman tərəfindən Xocalı soyqırımının 28-ci ildönümünə ilə bağlı silsilə tədbirlər keçirilib

Ombudsman tərəfindən Xocalı soyqırımının 28-ci ildönümünə ilə bağlı silsilə tədbirlər keçirilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri tərəfindən Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Ombudsman Aparatından bildirilib ki, Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən Göygöl, Tovuz, Daşkəsən, Goranboy, Qəbələ, Balakən, Şəki, Zaqatala, Oğuz, Qax, Quba, Şabran, Xaçmaz, Salyan və Cəlilabadda təşkil edilmiş tədbirlərdə diqqətə çatdırılıb ki, Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Vurğulanıb ki, Xocalı faciəsi həm bəşəriyyət əleyhinə cinayət, həm də soyqırım faktıdır. Belə ki, insanlar etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülüb, işgəncələrə məruz qalıblar. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qeyd olunub ki, bu soyqırımı erməni vandalizminin bariz nümunəsidir.
Regional mərkəzlər tərəfindən keçirilmiş tədbirlərdə Xocalı soyqırımı ilə əlaqədar tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edilib. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə siyasi-hüquqi qiymət verilib. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin davam etdirildiyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının səmərəli nəticələr verdiyi də vurğulanıb. Diqqətə çatdırılıb ki, bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq olunub, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Tədbirlərdə Ombudsman Səbinə Əliyevanın Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanatının BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlandığı qeyd olunub.

DAVAM.AZ

Geri dön