Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər

Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər


Azərbaycanın Cinayət Məcəlləsinə (CM) dəyişiklik təklif olunub.

Təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunub və dəstəklənib.

CM-ə edilən təkliflərə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə, 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Geri dön