Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Qaraciyəri təmizləyən və bərpa edən 5 əlçatan məhsul
Qaraciyəri təmizləyən və bərpa edən 5 əlçatan məhsul |
Qaraciyərin əsas funksiyalarından biri detoksikasiya funksiyasıdır. Hər dəqiqə insan orqanizminə çoxlu sayda ziyanlı maddələr daxil olur, həmçinin ziyanlı maddələr müxtəlif metabolik proseslər nəticəsində orqanimin özündə yaranır. Qaraciyər bütün bu maddələri zərərsizləşdirir. Qaraciyərin fəaliyyəti dayanarsa insan bir neçə saatdan sonra komya düşür və 1-2 gündən sonra həlak olur. Bunun səbəbi toksiki maddələrin həddindən artıq toplanması nəticəsində orqanizmin zəhərlənməsidir.
Orqanimi ziyanlı maddələrdən təmizləyən qaraciyər özü də bu maddələrin mənfi təsirinə məruz qalır. İnsan ziyanlı qidaları yeyir, siqaret çəkir, spirtli içkiləri içir, yerli-yersiz dərman, vitamin, BAD və s. qəbul edirsə, qaraciyər çox yüklənir ki, nəticədə bu orqanda pozulmalar inkişaf etməyə başlayır. Mütəxəssislər qaraciyərin sağlamlığına daim nəzarət etməyi tövsiyə edirlər. Bunun üçün insan sağlam qidalanmalı, ziyanlı vərdişlərdən imtina etməli, dərmanları yalnız həkimin təyini ilə içməli, fiziki aktiv olmalıdır. Bəzi qida məhsulları qaraciyərin funksiyalarını bərpa etməyə, bu vacib orqanın sağlamlığını qorumağa yardım edir. Sarımsaq qaraciyəri təmizləyir və funksiyalarını yaxşılaşdırır. Çuğundur qaraciyərin hüceyrələrini yeniləyir, orqanı təmizləyir. Sarıkök öd kisəsini və qaraciyəri təmizləyir, iltihabları azaldır. Qreypfrut qaraciyərə güclü antioksidant təsir edir, qaraciyərin funksiyalarını yaxşılaşdırır. Alma tərkibində olan pektinlər sayəsində bütün orqanizmi və o cümlədən qaraciyəri təmizləyir, ziyanlı maddələri xaric edir. DAVAM.AZ Geri dön |