Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GİKM-nin nümayəndəlikləri Xocalı şəhidlərinin xatirəsini anıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > GİKM-nin nümayəndəlikləri Xocalı şəhidlərinin xatirəsini anıblar

GİKM-nin nümayəndəlikləri Xocalı şəhidlərinin xatirəsini anıblar


Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Balakən, Zaqatala, Qax, İsmayıllı nümayəndəlikləri tərəfindən anım tədbiri keçirilib. GİKM-in mətbuat xidmətindən bildiriblər ki, tədbir region gənclərinin Şəhidlər xiyabanının ziyarət etməsi ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyaraq, onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İştirakçılar ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardıqları işğalçılıq, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə məlumat verib, Xocalı faciəsinin Azərbaycan tarixinin ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb. 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımının miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib. Müzakirələr zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışılıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyi və əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları bildirilib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edən gənclər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının bu işdə xüsusi rolu barədə danışıb, faciənin soyqırımı faktı kimi dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapmasını aparılan məqsədyönlü fəaliyyətin nəticəsi kimi qeyd ediblər. Daha sonra gənclər “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində məlumatlandırma işinə verə biləcəkləri töhfələr barədə müzakirələr aparıblar. Xocalı qurbanlarının anım mərasimi gün ərzində gənclərə soyqırımının dəhşətlərini özündə əks etdirən sənədli filmin nümayişi, faciə ilə bağlı kitablar, broşürlər və digər materialların müzakirəsi ilə davam edib.

DAVAM.AZ

Geri dön