Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşqın Gülməmmədov: "Nə Saakaşvili nə də İvanişvili bizə yalan vəddən başqa heç nə verməyəcək"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Daşqın Gülməmmədov: "Nə Saakaşvili nə də İvanişvili bizə yalan vəddən başqa heç nə verməyəcək"

Daşqın Gülməmmədov: "Nə Saakaşvili nə də İvanişvili bizə yalan vəddən başqa heç nə verməyəcək"


"Gürcüstan Türkləri Konfederasiyası (GTK) Parlament seçkilərində heç kimi dəstəkləməyəcək. Konfederasiyaının üzvləri iseçki məntəqələrinə gedib, heç kimə səs verməyəçəklər. Biz boykot yolu seçdik".

Bunu öz açıqlamasında, Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov bildirdi.

D. Gülməmmədov onu da vurğuladı ki, nə Mixail Saakaşvili nə də Bidzina İvanişvili yalan vəddən başqa bizə heç nə verməyəcək: "Bu artiq 20 il ərzində sübut olunmuş fakdır. Gürcüstanda yaşayan türklər (azərbaycanlı), Ümumiyyətlə Borçalı həm hökümətin, həm də müxalifətin yadına yalnız seçkilərdə düşür. Gürcüstanda yaşayan türklər (azərbaycanlılar) bütün seçkilərdə daima aldadılıblar. Ona görə ən optimal yol boykot yoludur. Bizim səsimizlə E.Şeverdnadze 2 dəfə prezident seçildi, M.Saakaşvili 2004-cü iqtidara gəldi, amma aldadılan, uduzan türk (azərbaycanlı) elektoratı oldu. İndi də bizdən birdəfəlik əşya kimi istifadə etmək niyyətindədirlər. Buna yol verilməyəcək. Gürcüstan Türkləri Konfederasiyası (GTK) parlament seçkilərinin türk (azərbaycanlı) elektoratı tərfindən boykot edilməsinə çalışacaq. Artık əhaliyə Konfederasiya Ali Şurası tərfindən rəsmi müraciət də hazırlanıb. Bizim çıxış yolumuz seçkiləri boykot etməkdir. Bu bizim problemlərimizə diqqəti artıracaq. Xalqı aldadan Gürcüstan iqtidar və müxalifətinə Borçalıdan səs verilməməlidir: deyə Daşqın Gülməmmədov vurqulamışdır".

Ömər VƏZİRLİ

Geri dön