Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın prokurorluq orqanları beynəlxalq əməkdaşlığı uğurla davam etdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycanın prokurorluq orqanları beynəlxalq əməkdaşlığı uğurla davam etdirir

Azərbaycanın prokurorluq orqanları beynəlxalq əməkdaşlığı uğurla davam etdirir


Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Qətərin paytaxtı Dohada BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Qlobal Məhkəmə Dürüstlüyü Şəbəkəsinin növbəti iclası keçirilib. “Keçmiş, bu gün, gələcək” mövzusunda iclasda 100-dən çox ölkədən 650-dən çox şəxs, o cümlədən məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksəkvəzifəli nümayəndələri iştirak ediblər. Tədbirdə prokurorluq və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi prosesində mühüm rol oynayan, eyni zamanda, prokurorların dürüstlüyünü təşviq edən Beynəlxalq Prokurorlar Assosiasiyasını (BPA) qurumun vitse-prezidenti, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda 2018-2019-cu illərin iş planına uyğun olaraq prioritet istiqamətlər üzrə görülən işlər nəzərdən keçirilib, eyni zamanda, məhkəmə sistemində dürüstlüyün təmin edilməsində ortaya çıxan çətinliklər və korrupsiya hallarının qarşısının alınması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
“Korrupsiyaya qarşı mübarizə prioritet istiqamət kimi: Məhkəmə hakimiyyətinin şəffaflığı və hesabatlılığı” mövzusuna həsr olunmuş sessiyada çıxış edən K.Əliyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edərək həyata keçirilən mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verib, ölkəmizin antikorrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulayıb. K.Əliyev çıxışında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutan 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Sonra K.Əliyev BPA-nın məhkəmə-hüquq sahəsində rolu və bu istiqamətdə həyata keçirilən işləri qeyd edib. Bundan başqa, qurumun vitse-prezidenti BPA-nın prokurorluq və digər korrupsiyaya qarşı mübarizə aparan təşkilatların əməkdaşlarını bir araya gətirərək təcrübə mübadiləsi üçün səmərəli platforma yaradan, eyni zamanda, korrupsiyaya qarşı mübarizədə qabaqcıl alətləri təqdim edən Antikorrupsiya Prokurorları Şəbəkəsinin (NACP) fəaliyyətindən danışıb, Qlobal Məhkəmə Dürüstlüyü Şəbəkəsi ilə ayrı-ayrı dövlətlərin prokurorları arasında əlaqələndirici körpünün yaradılmasını təklif edib. Həmin təklif iclasın tövsiyələrinə daxil edilib və gələcəkdə Şəbəkənin fəaliyyətində prokurorların iştirakının təmin olunacağı vurğulanıb. Göstərilənlərlə yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil olunan müxtəlif iclas və sessiyalara qatılaraq müzakirələrdə fəal və səmərəli iştirak ediblər. Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə Qətər Dövlətinin Məhkəmə-Hüquq Şurası, Türkiyə Respublikasının Ali Məhkəməsinin sədrləri, eləcə də bir sıra beynəlxalq təşkilatların rəhbərləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov iştirak edib.

DAVAM.AZ

Geri dön