Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Qazlı içkilərin daha bir təhlükəsi tapıldı
Qazlı içkilərin daha bir təhlükəsi tapıldı |
Qazlı içkilərin çox qəbul edilməsi orqanizmdə lipid mübadiləsinin pozulmasına səbəb olur. Belə bir fikir Amerikanın Ürək Assosiasiyasının jurnalında dərc olunmuş tədqiqatda əks olunub. Taft Universiteti alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, hər gün qazlı içki qəbul edən insanlarda bu problem 98 faiz daha çox olub, nəinki az içənlərdə. Tədqiqatçıların fikrincə, həmçinin həmin şəxslərdə illər keçdikcə xolesterinin səviyyəsinin də artdığını müşahidə etmək ehtimalı daha böyükdür.
Qeyd edək ki, lipid mübadiləsi (yağların mübadiləsi) - neytral yağların (triqliseridlərin) və onların parçalanma məhsullarının mədə-bağırsaq sistemində həzmi, mənimsənilməsi və yağların, onların mübadilə məhsullarının orqnizmdən xaric edilməsidir. DAVAM.AZ Geri dön |