Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sağlıq > Qərbi Azərbaycanda ilk koronavirusa yoluxmuş qadın sağalıb
Qərbi Azərbaycanda ilk koronavirusa yoluxmuş qadın sağalıb |
Qərbi Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri əyalətdə ilk koronavirusa yoluxan şəxsin sağaldığını bildirib.
Əli Əfşaninin sözlərinə görə, əyalətdə birinci dəfə 55 yaşlı bir qadın koronavirus şübhəsi ilə xəstəxanaya müraciət edib. Ondan götürülən analiz Tehrana göndərilib, sonra onun virusa yoluxduğu məlum olub. Həmin şəxsin virusun daha çox yayıldığı Qum şəhərində səfərdə olduğunu deyən Əli Əfşani bildirib ki, Qərbi Azərbaycanda ilk koronavirusa yoluxan şəxs artıq sağalıb, o xəstəxanadan evə buraxılıb. Əli Əfşani bu günədək Qərbi Azərbaycanda kimsənin sözgedən virusdan ölmədiyini iddia edib. Qeyd edək ki, son günlərdə güney Azərbaycan əyalətlərində koronavirus şübhəsi ilə çox sayda insan xəstəxanaya müraciət edib. Bir neçə əyalətdə virusa yoluxanların olduğu təsdiqlənib. Qeyri-rəsmi mənbələr bildirir ki, Güney Azərbaycan əyalətlərində sözügedən virusun daşıyıcılarının sayı olduqca çoxdur. Geri dön |