Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Bu qarışım bütün qurdları tökür
Bu qarışım bütün qurdları tökür |
Qurdlar əleyhinə bu qarışım öz təsir spesifikliyinə görə daha genişdir. Bu qarışım həm lyambliya əleyhinə, həm askarid əleyhinə, həm də bizquyruq və başqa qurdlar əleyhinə (hansı ki bağırsaqlarda parazitlik edir) çox təsirlidir.
Lazım olan bitkilər: Dağtərxunu (toz formasında) 50 qram Zəncəfil (toz formasında) 50 qram Zəyərək (toz formasında) 50 qram Bitkilər toz formasında bir birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir. Əgər bu qarışımı uşaqlara vermək istəsəniz 5 yaşa qədər uşaqlar yarım çay qaşığı, 5 yaşdan yuxarı uşaqlar 1 çay qaşığı, 10 yaşdan yuxarı uşaqlar isə 1 dolu çay qaşığı istifadə etməlidirlər. Əgər acılığı problem olsa 1 çay qaşığı qarışımı 1 çay qaşığı bal ilə qarışdırıb içilməlidir, bal ilə qarışdırıb saxlamaq olmaz çünki bu zaman bitkilərin acılığı bala keçir və qarışım acı dadır. Xatırladaq ki, qarışımın tərkibindəki bitkilər həm ödqovucudur, həm də qurdqovucu ona görə öd yollarında parazitlik edən lyambliyalar əleyhinədə təsirlidirlər. Qarışımın içindəki zəyərək zəif işlədici olduğundan ölmuş qurdların bağırsaqlardan tez xaric olmasına səbəb olur. Müalicə müddəti 2 həftədir. Qarışımdan istifadə etdikdə səpgilər və ya əlavə təsirlər olduqda istifadəni dayandırmaq lazımdır. DAVAM.AZ Geri dön |