Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > UNESCO-nun Təhsilin monitorinqi üzrə ümumdünya məruzəsi təhsil və inklüzivlik mövzusuna həsr ediləcək
UNESCO-nun Təhsilin monitorinqi üzrə ümumdünya məruzəsi təhsil və inklüzivlik mövzusuna həsr ediləcək |
Aprelin 8-də Qanada UNESCO-nun Təhsilin monitorinqi üzrə ümumdünya məruzəsi təqdim ediləcək.
Təşkilatın saytı xəbər verir ki, tədbirdə təhsil və sosial müdafiə sahələri üzrə nazirlərlə yanaşı, regional qurumların, vətəndaş cəmiyyətinin təmsilçiləri, beynəlxalq donorlar, valideynlər və müəllimlər iştirak edəcəklər. Builki məruzə “Təhsil və inklüzivlik” haqqındadır ki, bu da Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndi ilə səsləşir. Məruzədə təhsil sahəsində inklüzivliyin təmini məqsədilə ölkələrdə tətbiq olunan siyasət və faktiki məlumatlar, o cümlədən qanunlar və strategiyalar, idarəetmə və maliyyələşmə, proqramlar və tədris materialları, müəllim kadrlar, məktəb infrastrukturu, məktəb seçmə, valideynlərin və cəmiyyətin rəyi kimi məsələlər təhlil ediləcək. Məruzədə diqqət təhsilalanların qarşılaşdıqları maneələrin üzərinə yönəldiləcək. Bundan başqa, fiziki imkanları məhdud insanlara aid məsələlər ətraflı araşdırılacaq. Məruzədə təhsildə kəmiyyət və keyfiyyət məlumatlarından istifadə edilməklə inklüzivliyin dərəcəsini ölçmək üçün bir sıra göstəricilər təqdim olunacaq. Təhlil coğrafi balanslaşdırılmış faktiki məlumatlara əsaslanacaq. Xüsusən həssas uşaqların təhsil almaq imkanlarını itirmə riskinin daha çox olduğu şəraitə, məsələn, münaqişə hallarına diqqət yetiriləcək. Geri dön |