Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sağlıq > İsveç Səhiyyə Təşkilatı dövlətdən İranla bütün uçuşları ləğv etməsini istəyib
İsveç Səhiyyə Təşkilatı dövlətdən İranla bütün uçuşları ləğv etməsini istəyib |
İsveç Səhiyyə Təşkilatı dövləti İranla bütün gediş-gəliş uçuşlarının, eləcə də "İran Air" təyyarələrinə bu ölkəyə giriş üçün verilmiş lisenziyaların ləğv edilməsini istəyib.
Təşkilat buna səbəb kimi İran hökumətinin koronavirusun xarici ölkələrə yayılmasının qarşısını ala bilməməsini göstərib. Ümumdünya Səhiyyə Təşkilatı ötən həftənin cümə günü İranda koronavirusun xaricə yayılması dünyanın 11 ölkəsində 97 nəfərin bu ölümcül xəstəliyə yoluxmasına səbəb olub. Həmin tarixdən sonra xarici ölkələrə səfər edən İran vətəndaşları və ya İrandan qayıdan digər ölkə vətəndaşlarında koronavirusa yoluxma halları ilə bağlı bir neçə fakt aşkarlanıb. İran bu gün yaydığı rəsmi statistikada ölkə ərazisində koronavirusa yoluxanların 1501, xəstəlikdən ölənlərin isə 66 nəfər olduğunu bəyan edib. İsveçdə bu günə qədər 14 nəfər sözügedən epidemiya yoluxsa da, onlar arasında ölüm halı qeydə alınmayıb. İsveç Səhiyyə Təşkilatı bildirir ki, mövcud şəraitdə İrandan çoxlu sayda insanların bu ölkəyə girişi İsveçdə koronavirusun daha da yayılması və nəzarətdən çıxmasına səbəb olacaq. Qeyd etmək lazımdır ki, İsveçdə təqribən 80 min İran vətəndaşı yaşayır və "İran Air" hər həftə 2 dəfə bu ölkəyə gediş-gəliş uçuşu həyata keçirir. Geri dön |