Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda kecirilən formda nümayəndəmiz erməniləri bir daha ifşa etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gürcüstanda kecirilən formda nümayəndəmiz erməniləri bir daha ifşa etdi

Gürcüstanda kecirilən formda nümayəndəmiz erməniləri bir daha ifşa etdi


Gürcüstanda Mədəniyyətlərarası və Dinlərarası Dialoq forum keçirilib

Sağlam İnkişaf və Maarifləndirmə İctimai birliyinin sədr müavini Şahsuvar Hacızadə 20-24 oktyabr tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində təşkil edilən Bizim Sakitliyə Vaxtımız Yoxdur adlı Mədəniyyətlərarası və Dinlərarası Dialoq forumunda iştirak edib.
Birliyin Ictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Səadət Zeynalovanın verdiyi məlumata görə Tiflis şəhərində təşkil olunan "Bizim Sakitlik üçün Vaxtımız Yoxdur"adlı Mədəniyyətlərarası və Dinlərarası Dialoq forumunda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Fillandiya, Macarıstan, İslandiya, Ermənistan,Ukraina, Rumuniya, Belçika, və Birləşmiş Krallıqdan nümayəndələr iştirak etmişdirlər. Gənclər Forumunda müxtəlif mədəniyyətləri və dinləri təmsil edən iştirakçılar bir araya gələrək təcrübə mübadiləsi üçün platforma yaratmaq,və bu münasibətləri genişləndirməyi qərara alıblar. Həmçinin hər bir iştirakçı öz mədəniyyəti, kulinariyası ,tarixi, ədəbiyyatına aid nümunələrin sərgiləmişdir.
Lakin burda da yenə iştirakçımız bədnam qonşularımızın pitatçılığı ilə üzləşmişdir. Lakin apardığı nümunələrin köməyi ilə əsaslı faktlara söykəndiyini sübut edəndən sonra yenədə yalan üzə çıxmışdır.
Görüş zamanı çıxış üçün mühüm mövzular arasında dinlərarası və mədəniyyətlərarası dialoqu necə genişləndirmək, insan hüquqlarının müdafiəsinə kömək etmək, hörməti təmin etmək və cəmiyyətə dəstək olmaq kimi məsələlər də müzakirə olunub.
Forumunun kontekstində gənclər arasında dinlərarası və mədəniyyətlərarası təşəbbüslərinin artırılması vasitəsilə hədəf ölkələrdə gənclik milli və beynəlxalq səviyyədə nifrət və bədbəxt hadisələrin aradan qaldırıması, həmçinin bir tolerant mühitin yaradılması, insan hüquqlarının müdafiəsi, anti-diskriminasiya və anti-irqçilik fəaliyyətinə dəstək kimi məsələlər müzakirə edilib, yeni təşəbbüslər irəli sürülüb. Ş. Hacızadə İnsan hüquqları ilə bağlı fikir söyləyərkən Forum iştirakçılarına muraciət etmişdir Xocalıda öldürülən 613 nəfər insan hüquqlarının pozulması deyilmi? Sual qarşısında Forum iştirakçıları fakt qarşısında qalmışlar.

Geri dön