Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DİN “102” Xidməti-Zəng və “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > DİN “102” Xidməti-Zəng və “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

DİN “102” Xidməti-Zəng və “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) “102” Xidməti-Zəng və “ASAN xidmət” mərkəzləri üzrə vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-in mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycanın qadın cinsli vətəndaşları iştirak edə bilərlər. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək. “102” Xidməti-Zəng Mərkəzində iş rejimi gecə və gündüz növbəlilik əsasında təşkil olunur. Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq “102” Xidməti-Zəng Mərkəzi üzrə 750 manat, “ASAN xidmət” mərkəzləri üzrə 500 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.
İştirak etmək istəyən şəxslər 2020-ci il martın 1-dən başlayaraq mia.gov.az saytında “Vətəndaşların nəzərinə” bölməsində (https://www.mia.gov.az/index.php?/az/content/29915/) yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə bki@mia.gov.az ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər. Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-93-64.

DAVAM.AZ

Geri dön