Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıdan ermənilərə xəbərdarlıq: “Xankəndi aeroportunda uçuş baş tutmayacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Bakıdan ermənilərə xəbərdarlıq: “Xankəndi aeroportunda uçuş baş tutmayacaq”

Bakıdan ermənilərə xəbərdarlıq: “Xankəndi aeroportunda uçuş baş tutmayacaq”


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Xankəndi hava limanının yaxın günlərdə istifadəyə veriləcəyi haqda erməni tərəfinin yaydığı xəbərə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli açıqlamasında Xankəndi aeroportunun açılmayacağını bildirərək, narahat olmağa əsas görmədiyini qeyd edib. AZAL rəsmisinin sözlərinə görə, ermənilər dəfələrlə bu haqda məlumatlar yaysalar da, hava limanının açılmasına nail ola bilməyəcəklər.

“Xankəndi hava limanında uçuşlar baş tutmayacaq. Dağlıq Qarabağ ərazisi Azərbaycanın olduğu üçün orada uçuşların baş tutması mümkün deyil. Həmin ərazi münaqişə zonası olduğundan Xankəndi ərazisində uçular üçün hava məkanı bağlıdır. Mən bir daha bəyan edirəm ki, Xankəndi hava limanı qətiyyən açıla bilməz.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı Ermənistana rəsmi müraciət ünvanlayıb. Qeyd olunub ki, Xankəndində hər hansı hava uçuşlarının reallaşdırılması yolverilməzdir. Qarabağ Azərbaycan torpağı olduğu üçün həmin bölgədə hava uçuşları zamanı baş verə biləcək bütün qəzalara Azərbaycan tərəfi məsuliyyət daşıyır. Biz bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etmişdik. Onlar da rəsmi cavabda bizə bildiriblər ki, bu uçuşlar baş tuta bilməz və Ermənistana bununla bağlı xəbərdarlıq edilib. Əgər ermənilər üzərlərinə öhdəlik götürdükləri təşkilatın tələbini pozarlarsa, hüquqi çərçivədə lazımı addımlar atılacaq”, - deyə M.Səfərli bildirib.

AZAL rəsmisi vurğulayıb ki, Xankəndi hava limanı yalnız lisenziya ilə fəaliyyət göstərə bilər:

“Bu uçuşlar ancaq o vəziyyətdə baş tuta bilər ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ermənilərə həmin aeroportu istifadə etmək üçün lisenziya versin. Bu da mümkün olan şey deyil”.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejiminin “Mülki Aviasiya İdarəsi”nin rəhbəri Dimitri Atbaşyan erməni mətbuatına açıqlamasında bildirib ki, Xankəndi hava limanı yaxın günlərdə təyyarələrin uçuşu üçün açıq olacaq. Məlumatda həmçinin bildirilir ki, ilk vaxtlarda hava limanından hər gün 100 sərnişinin daşınması planlaşdırılır. Və sərnişin daşınması "Air Artsax" şirkəti tərəfindən həyata keçiriləcək.

Anar RÜSTƏMOV

Geri dön