Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Gənc rəssamın “Favole” adlı fərdi sərgisi açılacaq
Gənc rəssamın “Favole” adlı fərdi sərgisi açılacaq |
Martın 12-də Muzey Mərkəzinin Sərgi Qalereyasında Afsana Habibin “Favole” adlı fərdi sərgisi açılacaq. Sərgi martın 15-dək davam edəcək. Afsana Habibin “Favole” adlanan fərdi sərgisinin adı, italyan dilindən “nağıllar, əfsanələr” kimi tərcümə olunur. Bu baxımdan, sərginin adı, rəssamın adı ilə üst-üstə düşür. Rəssam Afsana Habib gözəlliyə qiymət verənlər üçün 62 rəsm əsərin daxil olduğu, özündə “müəmma” və “tapmaca” ideyaları, bir çox mənaları və... oyunları birləşdirən ekspozisiya hazırlayıb. Əsərlərin əksəriyyəti dünya mədəniyyətinin “Venesiya karnavalı” kimi tanıdığı unikal hadisəyə həsr edilib və bu heç də təsadüfi deyil. “Niyə məhz Venesiya və onun təkraredilməz karnavalı? Yəqin, ona görə ki, hələ uşaq yaşlarımda, uşaq karnavallarının keçirildiyi dövrdən məni maskaların müəmmalılığı cəlb edib: mən belə düşünürdüm ki, hər bir insan, onların arxasında gizlənə bilər” – deyə Afsana Habib bildirib.
Afsana Habib hazırda Bakıda ciddi yaradıcılıqla məşğuldur. Parisdə Luvrda ilk sərgidən sonra Afsana Habibin yaradıcılıq bioqrafiyasında, Roma, London, Moskva, Brüssel, Tbilisi və dünyanın bir sıra digər iri şəhərlərində bir çox qrup vernisajları da yer almağa başlayıb. Beynəlxalq müsabiqələr iştirakçısıdır və bir çox müsabiqələr qalibidir. 2020-ci ilin baharın ilk günlərində Afsana Habib əzizlərinə, dostlarına və sənətsevərlərə – gözəlliyə və klassikaya sevgi kimi ümumiləşdirilmiş mövzu ətrafında bir araya gələn əsərlərdən ibarət geniş kolleksiyanın yer aldığı “Favole” fərdi sərgisini təqdim edəcək. DAVAM.AZ Geri dön |