Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş Prokurorluq: “Sozcu.az” portalının təsisçisinə xəbərdarlıq edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Baş Prokurorluq: “Sozcu.az” portalının təsisçisinə xəbərdarlıq edilib

Baş Prokurorluq: “Sozcu.az” portalının təsisçisinə xəbərdarlıq edilib


Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla “sozcu.az” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla ictimaiyyətdə təşvişə səbəb olan “COVID-19” adlanan virus və ya koronavirus epidemiyası ilə ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişatı, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə aidiyyəti qurumların mətbuat xidmətləri tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, həmin portalda ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə epidemiyanın guya respublika ərazisində geniş miqyasda yayılması, xəstəliyə yoluxmuş şəxslərin müalicə müəssisələrində vəfat etmələri barədə qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, yalan məlumatların dərc edilməsi, süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müəyyənləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qeyd edilənlərlə əlaqədar potalın təsisçisi Məmmədov Elşən Əli oğlu Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yolverilməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan bu qəbildən olan qanunazidd hərəkətlərə yol verən kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

DAVAM.AZ

Geri dön