Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Tiflis Meriyası imkansız tələbələrin təhsil haqqlarını ödənilməsi üçün ərizələr qəbul etməyə başladı
Tiflis Meriyası imkansız tələbələrin təhsil haqqlarını ödənilməsi üçün ərizələr qəbul etməyə başladı |
Gürcüstanın başkəndi Tiflis Meriyası sosiyal cəhəddən müdafiyəsiz tələbələrin 2019-2020-ci tədris ilindəki təhsil prosesini maliyyələşdirmək üçün ərizələrin qəbuluna başladı. Ailələrinin reytinq ballarının 70 000 və yaxud 70 000-dən az olan tələbələrin dövlət təhsil müəssisələrindəki təhsil prosesini Meriya ödəyəcək. Təhsilin maliyyələşdirilmə proqramı təhsil halqqarının ödənilməsini iki mərhələli şəkildə semestrlər bölünüb ödənəcək. Tələbənin 51-70 bal aldığı halda, maliyyələşdirmə 50 faizlik olacaq, 71-90 bal alsa, – 70 faizlik, 91-100 bal alsa, tam, yəni 100 faizlik maliyyələşdirilmə olacaq. Maliyyələşdirməyi almaq üçün tələbə meriaya şəxsiyyət vəsiqəsinin kopyasını, sosiyal cəhəddən müdafiyəsiz ailələr bazasından müvafiq sənədi, universitetin illik ödənişi barədə sənədi, universitetin bank rekvizitlərini, Ali Təhsil Müəssisəsindən rekomendasiya və motivasiya məktubunu təqdim etməlidir.
DAVAM.AZ “Tiflis Bürosu” (Gürcüstan) Geri dön |