Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xoy şəhərində Cəfərzadə ailəsinin vəfatinin birinci ildönümü mərasimində 15 nəfərdən çox azərbaycanlı fəal tutuqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Xoy şəhərində Cəfərzadə ailəsinin vəfatinin birinci ildönümü mərasimində 15 nəfərdən çox azərbaycanlı fəal tutuqlanıb

Xoy şəhərində Cəfərzadə ailəsinin vəfatinin birinci ildönümü mərasimində 15 nəfərdən çox azərbaycanlı fəal tutuqlanıb


Keçmiş xəbərimizdə yaxalananların bir neçəsinin adını açıqlamışdıq. Artıq daha bir neçə tutuqlunun kimliyi müəyyənləşib:

Abbas Lisani, Əsgər Əkbərzadə, Rəhim Qulami, Siyamək Mirzayi, Rridun Ağazadə, Meysəm Azadi, Behnam Nurməhəmmədi həyat yoldaşı ilə birlikdə, Həmid Qurbanəlizadə, Kiyanuş Tohidi, Həsən Fəthi, Əmir Babayi, Səid İbrahimzadə, Fridun Azadi və ... .



Məlumata görə dünən Xoy şəhərinin Biləvar kəndində keçirilən ildönümü mərasiminə bir neçə gün qalmış, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və digər təhlükəsizlik qüvvələri Biləvar kəndinin giriş yollarını şiddətlə kontrola alıb və kəndə gəlib-gedənləri yoxlayırmışlar. Yuxarıda adlarını çəkdiyimiz azərbaycanlı fəallar kəndə daxil olarkən tutuqlanıblar.



Bütün təzyiqlərə baxmayaraq, mərasim təntənəli şəkildə qeyd olunub və mərasim iştirakçıları qəbiristanlıqdan qayıdarkən Azərbaycanın milli marşını oxuyub və milli şüarlar səsləndiriblər. Aksiya keçirdiyi zaman iştirakçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların yaşandığı da bildirilir.



Qeyd edək ki, İbrahim Cəfərzadə, həyat yoldaşı Mina Kəhrubayi azyaşlı övladları Ayla ilə birlikdə 2011-ci il sentyabrın 26-da Xoy şəhəri yaxınlığında bir şübhəli yol qəzası nəticəsində dünyalarını dəyişdilər. Onların dəfn mərasimində 10-larla azərbaycanlı milli-mədəni fəal yaxalanıb və mühakimə olundular.

Geri dön