Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərgi açılıb
Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərgi açılıb |
Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub. Tədbirdə Milli Xalça Muzeyinin direktoru, ‘məkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Muzeyimizin ziyarətçiləri öz evlərindən bizi izləyə bilərlər”.
Muzeyin direktoru sərgidə nümayiş olunan xalça nümunələrinin hər biri haqqında məlumat verib. Bildirib ki, sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə olunan tarixi, bədii, elmi əhəmiyyət kəsb edən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunacaq. Muzeyə yeni daxil olan bu əşyalar müxtəlif təşkilat və şəxslər tərəfindən hədiyyə edilmiş və ya dövlət büdcəsindən ayrılan vəsait hesabına özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub. Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur Sotheby hərrac evindən əldə edilən zərgərlik nümunəsi – qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu asma bəzəklər XIX əsrə aiddir. Bu bəzək əşyaları öz üslub xüsusiyyətlərinə görə muzeyin “Zərgərlik” kolleksiyasında yer alan eksponatlar arasında yeganə nümunələrdir. Azərbaycan Milli Xalça Muzeyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində yerli və xarici vətəndaşların öz şəxsi kolleksiyalarında yer alan Azərbaycan xalçalarını muzeyə hədiyyə etdiyini söyləyən Ş.Məlikova deyib: "Sevindirici haldır ki, Amerika vətəndaşları Hilari-Dumas Jones və Jay Jones tərəfindən muzeyə hədiyyə olunan Quba xalçaçılıq mərkəzinin ən məşhur kompozisiyalarından biri olan “Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur. Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmənnasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına özləri qədər böyük etibar etdiklərinin göstəricisidir. Bildirib ki, son üç ildə muzeyin kolleksiyalarına ümumilikdə 68 ədəd əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib. Hazırkı sərgidə nümayiş olunan 21 ədəd eksponat isə ilk dəfə ictimaiyyətə təqdim olunacaq. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, ‘məkdar rəssam Məmmədhüseyn Hüseynov sərgidə nümayiş olunan “Muğan” xalçası haqqında məlumat verib. Muzeyin Elmi tədqiqat və milli irsin qorunması və saxlanması şöbəsinin müdiri Aytən Əhmədova isə nümayiş olunan zərgərlik məmulatlarının tarixi və xüsusiyyətləri ilə bağlı çıxış edib. Tədbirdə, həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumatlar yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib. Qeyd edək ki, sərgi martın 26-dək davam edəcək. DAVAM.AZ Geri dön |