Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > XI “Baku open” beynəlxalq karate turnirinin birinci gününün qalibləri müəyyənləşib
XI “Baku open” beynəlxalq karate turnirinin birinci gününün qalibləri müəyyənləşib |
Bakıda Boks İdman Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin kumite yarışlarında U-21 yaş kateqoriyasında, böyüklər və veteranlar arasında qaliblər müəyyənləşib. Turnirin birinci günündə U-21-lərin yarışında azərbaycanlı karateçilər Həsən Muradov (60 kq), Nuri Əliyev (67 kq), Elnur Aşurov (75 kq), Musa Sarızadə (84 kq) və Rza Rzazadə (+84 kq) birinci yeri tutublar. Böyüklər arasında kişilərin mübarizəsində Türkiyə təmsilçiləri Ömer Faruk Ateş (60 kq), Ömer Abdulrahim Özer (67 kq), Samet Çök (84 kq), Ömer Faruk Arslan (+84 kq), malayziyalı Şarmendran Radhonathan (75 kq) qızıl medala layiq görülüblər.
Qadınlar arasında U-21 yaş kateqoriyasında yarışlarda malayziyalı Madhuri Poovanesan (55 kq) və Azərbaycan təmsilçisi Alika Semixova (68 kq) fərqləniblər. Böyüklərin mübarizəsində isə azərbaycanlı karateçilər Renata Ərəbli (61 kq), Alika Semixova (68 kq) qalib olublar. Veteranlar arasında Rauf Yusifov (36-45 yaş, +75 kq), Kamran Rəsulov (46-55 yaş, +75 kq) ilk pillədə qərarlaşıblar. Martın 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, ertəsi gün 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar yarışa qoşulacaqlar. Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir. DAVAM.AZ Geri dön |