Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İşğalçılar Xankəndi aeroportu ilə bağlı tarix verməyə qorxdu.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > İşğalçılar Xankəndi aeroportu ilə bağlı tarix verməyə qorxdu.

İşğalçılar Xankəndi aeroportu ilə bağlı tarix verməyə qorxdu.


Qanunsuz uçuşların gələn həftə başlayacağına dair xəbərlər dərhal təkzib edildi.

Ermənilərin işğal altındakı Azərbaycan ərazilərində, keçmiş Xocalı aeroportunun ərazisində inşa etdikləri hava limanından qanunsuz uçuşlara başlamaq üçün dəqiq tarix verməkdən növbəti dəfə çəkiniblər. Dünən erməni mənbələri aeroportun uçuşlara hazır olması ilə bağlı Ermənistanın Mülki Aviasiya Xidmətinin ekspertləri tərəfindən aparılan araşdırmaların başa çatdığını, aeroporta sertifikat veriləcəyini və gələn həftə ilk reysin olacağını xəbər veriblər.

Rəsmi Bakı isə bu xəbərlərlə bağlı növbəti xəbərdarlıqla çıxış edib. Xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan öz ərazisi üzərindən qanunsuz uçuşlara imkan vermək niyyətində deyil.

Günün ikinci yarısında da erməni mətbuatı qondarma “DQR”in “mülki aviasiya xidmətinin” rəhbəri Dmitri Adbaşyana istinadən aeroportla bağlı yeni xəbər yayıb. Adbaşyan deyib ki, aeroport gələn həftə “rəsmi sertifikat” alacaq: “Lakin uçuşların nə vaxt başlayacağına dair dəqiq tarix yoxdur. Mən konkret tarix verməyə risk etmirəm, çünki bir neçə dəfə bu cür tarix verilib və axırda özünü doğrultmayıb. Bu məsələ məndən asılı deyil, ona görə mən heç bir dəqiq tarix deyə bilmərəm”.

Bununla belə Adbaşyan deyib ki, uçuşu hansı təyyarənin edəcəyi artıq müəyyənləşib, lakin bu informasiya hələ açıqlanmayacaq.

Fərhad MƏMMƏDOV

Geri dön