Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam edir

Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam edir


Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisi bu il də davam etdirilir. Doğma dilimizi universitetin İV kursunun 150-dən çox tələbəsinə “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov öyrədir. Tələbələrə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və ənənələri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.
Azərbaycan dilini öyrənməyə böyük maraq olduğundan gənclər dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. Yaxın günlərdə Qahirədəki diaspor mərkəzində yeni tələbələrə əlavə kursların təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, ötən illər ərzində Qahirə Universitetində doğma dilimizi öyrənən tələbələrdən bir qrupu hazırda diaspor mərkəzində təhsilini davam etdirirlər. Artıq onların bəziləri Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə edə bilirlər.
Azərbaycan diasporunun sədri hesab edir ki, mərkəz misirlilər arasında Azərbaycan dilini tədris edə biləcək mütəxəssislər yetişdirmək hədəfinə nail olmaqdadır, çünki bu yolda ciddi addımlar atılıb.

DAVAM.AZ
“Orta Doğu Bürosu”

Geri dön