Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qafqaz Müsəlmanları İdarəsində koronavirusla bağlı iclas keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Qafqaz Müsəlmanları İdarəsində koronavirusla bağlı iclas keçirilib

Qafqaz Müsəlmanları İdarəsində koronavirusla bağlı iclas keçirilib


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) koronavirusla bağlı iclas keçirilib. İclasda İdarənin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri, dini konfessiyaların rəhbərləri iştirak ediblər. Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub. Tədbirdə çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə dünyada yayılan koronavirusun Allahın növbəti imtahanı kimi dəyərləndirilməli olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq məsələ ilə bağlı xüsusi komissiya yaradılıb. Bu məsələ dövlətimizin başçısının diqqətindədir. Azərbaycan dövləti virusun ölkə ərazisində yayılmaması üçün bütün səyləri göstərir. Dini rəhbərlər də bu işdən kənarda qalmamalıdırlar. Dindarlarımız bu barədə həkimlərin tövsiyələrinə əməl etməlidirlər.
QMİ sədri bildirib ki, insanların toplaşdığı yerlərdə xəstəlik təhlükəsi olduğuna görə kütləvi dini mərasimlərin də imkan daxilində təxirə salınması məsləhətdir. Bəzi ölkələrdə ibadət yerləri, təhsil müəssisələri bağlı elan olunub. Məsələ ilə əlaqədar bütün təhsil müəssisələri Azərbaycanda da müəyyən müddətə bağlanıb. Lakin ibadət yerləri ilə bağlı dövlətimiz heç bir məcburiyyət tətbiq etməyib. QMİ sədri kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlarımıza tövsiyə edir. İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmalarını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı qeyd edib ki, məsələ ilə bağlı görülən və görüləcək işlər mütəmadi şəkildə dövlət səviyyəsində müzakirə olunur. O qeyd edib ki, xəstəliklə bağlı insanlar arasında izahat işləri aparılmalıdır. Bəzən bu virusla bağlı yanlış fikirlər yayılır. Buna yol vermək olmaz. Xəstəliyə qarşı ən birinci addım təmizliyə riayət olunmasıdır.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alındığı şəxslərin müalicəsi ən yüksək səviyyədə davam edir. Respublikamızda 4500-dən artıq tibb müəssisəsi fəaliyyət göstərir. Bu gün Azərbaycanda elə tibbi texnologiyalar var ki, hətta dünyanın bəzi inkişaf etmiş ölkələrində də yoxdur. Azərbaycan Prezidenti bu sahəyə xüsusi diqqət yetirir. Baş epidemioloq onu da qeyd edib ki, hər kəs dezinfeksiya qaydalarına əməl etməlidir. İnsanların kütləvi şəkildə yığışmaları məqsədəuyğun deyil. Müalicə üçün çağırılan həkimlər xüsusi geyimlərdə olurlar. Bundan heç də narahat olmaq lazım deyil. Sonra Qafqaz Müsəlmanları İdarəsinin koronavirusla bağlı tövsiyələri oxunub.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, QMİ sədrinin birinci müavini Salman Musayev, Qazilər Şurasının üzvləri, idarənin səlahiyyətli nümayəndələri və müxtəlif məscidlərin imamları məsələ ilə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, xəstəliyin yayılmaması üçün Azərbaycan dövləti bütün lazımi işləri görür. Bu baxımdan QMİ-nin tövsiyələri əsas götürülməli, onlara əməl olunmalıdır. Bu, həm dini, həm də tibbi baxımdan önəmlidir.

DAVAM.AZ

Geri dön