Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Türkiyənin Səhiyyə naziri: COVID-19-un ölkədə yayılmasının qarşısını almaq üçün vətəndaşlar təlimat və tövsiyələrə əməl etməlidirlər
Türkiyənin Səhiyyə naziri: COVID-19-un ölkədə yayılmasının qarşısını almaq üçün vətəndaşlar təlimat və tövsiyələrə əməl etməlidirlər |
Türkiyə İranla sərhədləri bağlamasaydı, COVID-19 infeksiyası ölkənin hər yerində yayıla bilərdi. Hazırda Türkiyə ərazisində virus daşıyıcısı yoxdur.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir diqqətə çatdırıb ki, artıq qlobal problemə keçirilən COVID-19 infeksiyasının sürətlə yayılma səbəbi bir sıra ölkələrdə təhlükənin fərqinə varmadan karantin rejiminin tətbiq edilməməsi və yaxud prosesin gec və ləng başlanmasıdır. Nazir diqqətə çatdırıb ki, COVID-19 infeksiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması yolverilməzdir və belə hallara qarşı tədbirlər görülməkdədir. Bundan sonra Türkiyədə də COVID-19 infeksiyasına rast gəlinə bilər. Lakin onun yayılmasının qarşısını almaq hökumətin və əhalinin əlindədir. Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin COVID-19 infeksiyası ilə bağlı qərarları davamlı olaraq ictimaiyyətə çatdırılır. Geri dön |