Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial, Bildiriş > Yaponiyada 2011-ci ilin mart zəlzələsi qurbanlarının xatirəsi anılır
Yaponiyada 2011-ci ilin mart zəlzələsi qurbanlarının xatirəsi anılır |
Martın 11-də Yaponiyada 2011-ci ilin həmin günündə baş vermiş güclü zəlzələ, sunami və atom qəzası qurbanlarının xatirəsi anılır.
Düz doqquz il əvvəl yerli vaxtla saat 14:46 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində baş vermiş 9 bal gücündə zəlzələ, onun yaratdığı nəhəng sunami və “Fukusima-1” atom elektrik stansiyasında (AES) baş vermiş qəza nəticəsində 15 min 899 nəfər həlak olub, 2529 nəfər isə itkin düşüb. Həmin gün səhər saatlarında təbii fəlakətin baş verdiyi Tohoku regionunun sakinləri təbii fəlakət nəticəsində həlak olanların xatirəsini anmaq üçün toplaşıblar. Yaponiyada martın 11-i tarixi, həm də “Fukusima-1” AES-də baş vermiş dəhşətli atom qəzasının sinonimi hesab edilir. Məhz həmin gün bu AES-də Çernobıl qəzasından sonra dünyada ən qorxulu atom qəzası baş verib. Qəza nəticəsində on minlərlə insan öz evlərini tərk etməli olublar. Həmin faciədən artıq 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bir çox bələdiyyələrin ərazisinə giriş qadağandır. Hökumət orqanlarının bildirdiyinə görə, 48 min insan hələ də təxliyə vəziyyətində yaşayır. Ərazidə bərpa işləri heç də başa çatdırılmayıb. Atom qəzasının baş verdiyi AES-in operatoru ərazidə toplanmış 1 milyon tondan çox radiasiyalı suyu hara yığacağını bilmir. Həmin su qəzalı reaktorları soyutmaq üçün istifadə olunub. Bundan əlavə hər gün daha 170 ton radiasiyalı suyun toplandığı və hökumətin hələ də bu problemi həll etmədiyi bildirilir. Cari ildə keçirilən ildönümünü bütün dünyanı narahat edən yeni koronovirus təhlükəsi ilə diqqəti cəlb edir. Baş nazirin çağırışı ilə bütün ölkə ərazisində kütləvi tədbirlər ləğv edildiyinə görə, təbii fəlakətin ildönümü ilə bağlı anım mərasimi də təxirə salınıb. Yalnız Baş nazirin və kabinet üzvlərinin iştirakı ilə zəlzələnin baş verdiyi anda – yerli vaxtla saat 14:46 dəqiqədə bir dəqiqəlik sükutun elan ediləcəyi bildirilir. Geri dön |