Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Xarici təzyiqlərə davam gətirmək üçün ölkədə siyasi dialoqa ciddi ehtiyac var” – Fərəc Quliyev
“Xarici təzyiqlərə davam gətirmək üçün ölkədə siyasi dialoqa ciddi ehtiyac var” – Fərəc Quliyev |
“Azərbaycan müharibə şəraitində olan bir ölkədir, hər tərəfdən ideoloji təzyiqlərlə üz-üzəyik”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Milli Məclisdə çıxışı zamanı ölkədəki mövcud siyasi partiyaların sədrləri ilə Prezident Administarsiyasında görüşlərin keçirilməsi və siyasi dialoqun qurulması haqqında səsləndirdiyi fikirlərə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib. Fərəc Quliyevin sözlərinə görə, hakimiyyətlə müxalifət arasında davamlı dialoqun qurulması müsbət haldır və bu, davamlı xarakter daşımalıdır: “Bu təmaslar siyasi mühiti öyrənmək, siyasi müstəvidə qüvvələr nisbətini müəyyənləşdirmək, ümumiyyətlə, ölkədəki daxili resursları səfərbər edib xarici basqıların qarşısında dayanmaq üçün olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan müharibə şəraitində olan bir ölkədir, hər tərəfdən ideoloji təzyiqlərlə üz-üzəyik. Məsələn, martın 8-də feminizm adı altında mənəvi dəyərlərimizə zərbə vuran bir aksiyanın keçirilməsinə cəhd göstərildi. Bütün bu basqıların qarşısını almaq və ölkədə sabitliyin davamlılığı üçün siyasi qüvvələrin bir arada olması vacibdir. Prezidentin də bu kontekstdə səsləndirdiyi fikirlər tamamilə doğrudur və mən hesab edirəm ki, bu görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu müddətin davamlı olmasına ehtiyac var. Milli-demokratik düşüncəyə sahib və əli başqasının cibində olmayan, xaricdən maşa kimi istifadə edilməyən qüvvələr bütün mühüm məsələlər ətrafında bir arada ola bilərlər. Nəzərə alaq ki, ən uzun savaşlar belə sonda masaya oturub anlaşmaqla yekunlaşır. Ona görə də hakimiyyət tərəfindən belə bir addımın atılması təqdir olunmalıdır”. Aqil Bəkir Geri dön |